Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilir
27.05.2025 [23:14]
Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini
Azərbaycan Respublikası Türk Dövlətləri Təşkilatının qurucularından biri olaraq türk dövlətlərinin səylərinin birləşdirilməsini qlobal çağırışların vaxtında və effektiv qiymətləndirilməsi baxımından önəmli vasitə hesab edir. Bakı TDT-yə həm bu məqsədin reallaşdırılması, həm də türk dövlətlərinin ikitərəfli əməkdaşlığını genişləndirmək və dərinləşdirmək üçün vacib bir platforma kimi yanaşır. Ona görə həm TDT üzvləri ilə münasibətlərin bütün sferalar üzrə inkişaf etdirilməsi, həm də regional və qlobal məsələlərdə digər türk dövlətlərinin maraqlarının müdafiə olunması respublikamızın milli prioritetləri sırasında yer alan məsələlərdi.
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə ticarətin genişləndirilməsi, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhliz və transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanın konkret yol xəritəsini əks etdirən Budapeşt Bəyannaməsi qəbul edildi ki, bu da şübhəsiz ki, türk dünyası ölkələri arasında əlaqələri daha da gücləndirəcəkdir. Azərbaycanın təşəbbüsləri ilə reallaşan neft və qaz kəmərləri türk dövlətlərinin də enerji maraqlarının təmin olunmasına xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı və Avropanı ilə birləşdirən nəhəng infrastruktur olmaqla yanaşı, türk dövlətləri arasında iqtisadi inteqrasiyası təmin edən mühüm vasitədir. Məhz Azərbaycanın əlverişli nəqliyyat və logistika imkanları yaratmasının nəticəsidir ki, Türkiyәnin vә Mәrkәzi Asiyanın türk dövlәtlәrininin respublikamızın ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılması yalnız respublikamızın deyil, həm də türk dünyasının maraqlarına xidmət edir. Dövlətimizin başçısının qeyd qeyd etdiyi kimi Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti isə 15 milyon tondan 25 milyon tona çatdırılacaq ki, bu da türk dövlətlərinə Azərbaycan üzərindən daha çox yük daşıması həyata keçirməyə imkan verəcək.
Bu il Azərbaycanın TDT-nin 12-ci rəsmi Zirvə görüşünə ev sahibliyi etməsinə hazır olması üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

