Pirallahıda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirildi
10.07.2025 [17:37]
10 iyul 2025-ci il tarixində Pirallahı rayonunda “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcmasının Pirallahı rayonu üzrə nümayəndəsi Şakir Mikayılov, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, eləcə də yerli idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl RİH başçısı və qonaqlar Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasını əks etdirən stendlərlə və kitab sərgisi ilə tanış olublar.
Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və mövzu ilə əlaqədar videoçarxın nümayişi ilə öz işinə başlanıb.
Daha sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov geniş məzmunlu nitq ilə çıxış edib. O bildirib ki, təqdim olunan kitab yalnız tarixi faktların toplusu deyil, həm də illərlə gizlədilən, təhrif edilən həqiqətlərin – Qərbi Azərbaycanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və mədəni soyqırımın elmi və hüquqi əsaslarla dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. RİH başçısı həmçinin qeyd edib ki, Ermənistanda azərbaycanlıların mədəni-mənəvi irsi – qəbiristanlıqlar, məscidlər, türbələr, pirlər, arxeoloji abidələr və digər tarixi məkanlar məqsədyönlü şəkildə məhv edilib. Bu, təkcə Azərbaycan xalqına deyil, ümumbəşəri dəyərlərə qarşı törədilmiş mədəni vandalizm aktıdır. RİH başçısı əlavə edib ki, təqdim olunan bu nəşr həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərin həqiqətlərə əsaslanan maarifləndirilməsi və hüquqi mübarizədə əsaslı arqumentlərə malik olması baxımından xüsusi əhəmiyyət kəsb edir. RİH başçısı onu da vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” konsepsiyası Qərbi Azərbaycana qayıdış ideyasını artıq yalnız tarixi yaddaş deyil, real siyasi hədəf səviyyəsinə yüksəltmişdir. Cənab Prezidentin bu məsələyə beynəlxalq tribunalarda xüsusi diqqət ayırması, beynəlxalq hüquq çərçivəsində atdığı məqsədyönlü addımlar soydaşlarımızın doğma yurdlarına qayıdacağına olan inamı daha da möhkəmləndirir.
Millət vəkili Günay Əfəndiyeva çıxışında bildirib ki, Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, onların fundamental hüquqlarının bərpa olunması Azərbaycanın əsas prioritetlərindəndir. O vurğulayıb ki, Ermənistanda azərbaycanlılara qarşı yalnız etnik təmizləmə deyil, həm də mədəni irsin tamamilə silinməsinə yönəlmiş vandalizm siyasəti həyata keçirilib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli təqdim edilən kitabın Azərbaycan, rus və ingilis dillərində nəşr olunduğunu və tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edildiyini qeyd etdi. O, həmçinin vurğuladı ki, kitab Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli mənbə hesab edilə bilər.
Tədbirin sonunda çıxış edən Qərbi Azərbaycan İcmasının Bakı şəhəri, Pirallahı rayonu üzrə nümayəndəsi Şakir Mikayılov bildirib ki, yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı yalnız ərazi məsələsi deyil, eyni zamanda milli qürur və ləyaqətimizin təcəssümüdür. O qeyd edib ki, soydaşlarımız Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində bu qayıdışın reallaşacağına dərin inamla yanaşırlar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

