Yeni Azərbaycan Partiyası növbəti dəfə möhtəşəm qələbə qazanacaq
20.09.2013 [10:38]
YAP Göygöl rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Çaylı, Pənahlılar və Dozular kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib
Dünən YAP Göygöl rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Çaylı, Pənahlılar və Dozular kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib.
Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Turani Əliyev deyib ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, xalqımızın ali mənafeyini ifadə edən avanqard gücdür. Onun sözlərinə görə, YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda tanınan nüfuzlu siyasi güc mərkəzidir: “Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Bu mənada, Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası hesab olunması təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında həyata keçirir”.
T.Əliyev əlavə edib ki, Azərbaycan ictimaiyyətinin Yeni Azərbaycan Partiyasına inamı Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin siyasəti ilə bilavasitə əlaqədardır. “YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Əminliklə bildirirəm ki, xalq qarşıdan gələn seçkilərdə cənab Prezident İlham Əliyevə səs verəcək və Yeni Azərbaycan Partiyası əzəmətli qələbə qazanacaq” - deyə, Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri vurğulayıb.
YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev isə qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə ötən müddət ərzində böyük inkişaf yolu keçib. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən YAP, sözün əsl mənasında, ümumxalq partiyası kimi çıxış etməkdədir: “Partiyamız ötən 10 ildə Azərbaycanın inkişafına böyük töhfələr verib. Məhz buna görə də, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev 9 oktyabrda keçiriləcək seçkilərdə qələbə qazanacaq”.
Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının aparat rəhbəri Rəşad Veysov isə öz növbəsində Prezident İlham Əliyevin ölkə başçısı kimi 10 illik fəaliyyəti dövründə əldə etdiyi uğurlara toxunub və Azərbaycanın tərəqqi yolunda irəlilədiyini vurğulayıb. Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafındakı misilsiz xidmətlərinə toxunan R. Veysov bildirib ki, Yeni Azərbaycan Partiyası müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlara özünün böyük töhfələrini verir: “Şübhəsiz, prezident seçkilərində Azərbaycan seçicilərinin böyük əksəriyyəti seçki məntəqələrinə gələrək Prezident İlham Əliyevə səs verəcəklər. Beləliklə, YAP-ın Sədri, ölkə başçısı İlham Əliyev növbəti 5 ildə də Prezident kimi fəaliyyətini davam etdirəcək”.
Seçicilər isə qeyd ediblər ki, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə səs verməklə inkişafı, tərəqqini, güclü və müasir Azərbaycanı seçmiş olacaq. Bildirilib ki, hər bir Azərbaycan seçicisi, o cümlədən, Göygöl ictimaiyyəti ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməlidir. Seçicilər əmin olduqlarını bildiriblər ki, bu seçkilər də Prezident İlham Əliyevin qələbəsi ilə nəticələnəcək.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16

