/ / Tovuzlular Azərbaycana böyük uğurlar qazandırmış güclü liderə - cənab İlham Əliyevə səs verəcəklər
Tovuzlular Azərbaycana böyük uğurlar qazandırmış güclü liderə - cənab İlham Əliyevə səs verəcəklər
29.09.2013 [10:37]
YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Tovuz rayonunda uğurla davam edir
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Tovuz rayonunda da uğurla davam edir. Kampaniya çərçivəsində növbəti görüşlər dünən rayonun Qəribli, Əhmədabad, Göyəbaxan, Çataq və Böyük Qışlaq kəndlərində keçirilib.
Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının aparat rəhbəri Eldəniz Vəliyev deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Onun ən layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir: “Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitliyin fonunda reallaşıb”.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Heydər oğlu Əliyevin Tovuz rayonu üzrə seçki qərargahının üzvü Yaşar İbrahimov ölkəmizdə iqtisadi sahədə görülən işlər, biznes mühitinin inkişafı, sahibkarlığa dövlət qayğısının artırılması yönündə görülən tədbirlərdən danışaraq deyib ki, dövlətin atdığı addımlar qeyri-neft sektorunda əsaslı irəliləyişlərə, ölkəmizdə daxili investisiyaların həcminin artmasına şərait yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın daha böyük uğurlara imza atacağına əminliyini ifadə edən Y.İbrahimov, həmçinin, deyib ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi Tovuzda da Prezident İlham Əliyevə çox böyük ictimai etimad göstərilir.
Qərargah üzvü Mayıl Hümbətov isə xalqımızın öz gələcəyi naminə Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq qaldığını dilə gətirib. O, qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də Ümummilli lider Heydər Əliyev zəngin siyasi kursunun ən layiqli davamçısı, praqmatik siyasəti ilə xalqın inam və etimadını qazanmış İlham Əliyevin ölkəmizdə alternativsiz lider olduğunu bir daha vurğulayıb. Xalqımızın öz liderinə olan sədaqətinin qarşıdan gələn seçkilərdə də açıq ifadəsinin şahidi olacağımıza tam əmin olduğunu söyləyən M.Hümbətov seçkilərin rayonda yüksək fəallıq və demokratik dəyərlər şəraitində keçiriləcəyinə də inamını ifadə edib.
Qərargah üzvü Arifə Ağayeva isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışıb. Onun sözlərinə görə, cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Ümummilli liderin siyasi kursuna sədaqətini nümayiş etdirib, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır: “Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir”.
Digər çıxışçılar - Vəzir Süleymanov, İlqar Kərimov və başqaları qeyd ediblər ki, yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: “Ayrı-ayrı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır”.
Qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərində bütövlükdə Azərbaycan xalqı cənab İlham Əliyevə səs verəcək.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

