27 Sentyabr – Tarixin qanla yazılan şərəf səhifəsi
29.09.2025 [11:59]
Azərbaycan xalqının yaddaşında 27 Sentyabr təkcə müharibənin başlandığı gün kimi deyil, eyni zamanda milli həmrəyliyin, vətənə sədaqətin və azadlıq uğrunda canından keçməyə hazır olan igid oğul və qızlarımızın Anım Günü kimi əbədi olaraq iz salıb. Bu gün yalnız hüzn və kədərin deyil, həm də şərəfli mübarizənin, yenilməz iradənin və tarixi Zəfərin başlanğıcı kimi dəyərləndirilir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi:
“Onların qanı yerdə qalmadı... Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.”
Uzun illər bölgədə davam edən gərginliyin əsas səbəbi Ermənistanın təcavüzkar və ifrat millətçi siyasəti olub. "Dənizdən dənizə Ermənistan" kimi əsassız xülyalara qapılan rəsmi İrəvan, xarici havadarların dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyünü pozaraq, 20%-ə yaxın torpaqlarını işğal etmiş, bir milyondan artıq insanı doğma yurd-yuvasından didərgin salmışdır.
Azərbaycan daim beynəlxalq hüquqa sadiq qalmış, münaqişəni sülh yolu ilə həll etməyə çalışmışdır. Lakin beynəlxalq aləmdəki ikili standartlar və səssizlik nəticəsində bu ədalətsizlik uzun illər davam etmişdir. 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti hərbi təxribatı, xüsusilə mülki əhalinin və yaşayış məntəqələrinin atəşə tutulması, artıq dözülməz həddə çatdı və Azərbaycan xalqı haqq savaşına qalxdı.
44 gün davam edən Vətən Müharibəsində Azərbaycan ordusu, xalqın birliyi və Prezidentin qətiyyətli liderliyi ilə möhtəşəm Qələbə qazandı. "Döndü yoxdur, öldü var!" deyərək irəli atılan əsgər və zabitlərimiz düşməni döyüş meydanında məğlub etdi. Bu Qələbə hərbi, siyasi və ideoloji cəhətdən tarixi dönüş nöqtəsi oldu.
Bu zəfər şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi sayəsində qazanıldı. Qələbə yalnız torpaqlarımızı deyil, milli qürurumuzu da bizə qaytardı.
27 Sentyabr – Anım Günü, Birinci və İkinci Qarabağ müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram günüdür. Bu gün hər bir Azərbaycan vətəndaşı şəhidlərin müqəddəs ruhu qarşısında baş əyir, onların qəhrəmanlığı ilə qürur duyur.
Prezident İlham Əliyevin dediyi kimi:
“Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”
Müharibədən sonra dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və dəstək, verilən mənzillər, tibbi və sosial xidmətlər bu qəhrəmanlara olan ehtiramın təzahürüdür. Təkcə döyüş meydanında deyil, müharibədən sonra da Azərbaycan dövləti öz vətəndaşlarının yanında olduğunu nümayiş etdirir.
İşğaldan azad olunmuş ərazilərdə artıq həyat yenidən canlanır. İnfrastruktur layihələri, məktəblər, xəstəxanalar, yollar və sosial obyektlərin tikilməsi bu torpaqlarda ədalətin bərqərar olmasının göstəricisidir. Bu, həm də şəhidlərimizin bizə miras qoyduğu müqəddəs torpaqlara olan borcumuzdur.
27 Sentyabr – Anım Günü bizim tariximizin dönüş nöqtəsidir. Bu gün bir xalq olaraq keçmişimizi xatırlayır, şəhidlərimizin xatirəsini yaşadır və gələcəyə daha güclü, daha inamlı addımlayırıq. Bu gün milli qürurumuzun, vətənə sədaqətin və tarixi ədalətin simvoludur.
Kənan Quliyev,
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSiyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32

