Kəlbəcərlilərin seçimi cənab İlham Əliyevdir
30.09.2013 [09:47]
Bu fikirlər Gəncədə və Goranboyda kəlbəcərli məcburi köçkünlərlə keçirilən görüşlərdə səsləndirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampanyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş Gəncədə baş tutub. Görüş rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin geniş konserti ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən və onun nəticələrindən ətraflı danışıb. O bildirib ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın bütün bölgələri əsaslı şəkildə inkişaf edir, günü-gündən gözəlləşir: “Hazırda məcburi köçkünlərin həyat tərzi 7-8 il öncə yaşadıqları şəraitlə müqayisəedilməzdir. Daim dövlət qayğısı görən köçkünlərimizin əksəriyyəti özlərinə gün-güzəran yaratmağa nail olmuşlar. Bu, sözsüz ki, respublikamızın son illər əldə etdiyi iqtisadi yüksəlişin nəticəsində mümkün olmuşdur. Məlumdur ki, ölkəmiz başdan-başa quruculuq meydanına çevrilib. İşsizliyin aradan qaldırılması istiqamətində respublikada görülən tədbirlər öz nəticəsini verib. Təbii ki, bu və digər nailiyyətlərdən məcburi köçkünlərimizə də pay düşür. İndi sənaye sahələrində, tikintidə, neft sektorunda çalışan xeyli həmyerlimiz var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı da ilbəil artır. Bunlar məcburi köçkün həyatına müsbət mənada təsir edən amillərdir. Ümumi inkişaf, həyat səviyyəsinin yüksəlişi el-obalarından didərgin düşmüş adamların həyatında da aşkar hiss edilir. Elə buna görə də, biz hamımız yekdilliklə cənab İlham Əliyevə səs verməliyik”.
Görüşdə çıxış edən gənclərdən Səlim Səlimov ölkəmizin nail olduğu iqtisadi inkişafdan ətraflı danışıb. O, məhz bu inkişafa cənab İlham Əliyevin rəhbərliyi sayəsində nail olunduğunu bildirib.
YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Vəsilə Əbilova isə cənab İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilmiş bütün islahatlar barəsində ətraflı çıxış edib, seçiciləri 9 oktyabr 2013-cü ildə seçki məntəqələrinə gələrək İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə ağsaqqallardan Salah Əliyev, Şəmşir Tağıyev bugünkü günümüzü 20 il əvvəllə müqayisə edərək qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıblar.
İkinci görüş Goranboy şəhərində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov deyib ki, İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrildi. Ümummilli liderin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi liderlərindən biridir.
Natiq cənab İlham Əliyevin kəlbəcərli məcburi koçkünlərə göstərdiyi dövlət qayğısından geniş danışıb. Qeyd edək ki, məcburi köçkünlərin sosial vəziyyəti, həyat səviyyəsi günbəgün yaxşılaşır: “Məhz bu amillərə görə mən inanıram ki, kəlbəcərli seçicilər 9 oktyabr 2013-cü il tarixdə seçki məntəqələrinə gələrək işıqlı gələcəyə – İlham Heydər oğlu Əliyevə səs verəcəklər”.
Tədbirdə iştirak edən “Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyin sədri, Respublika Ağsaqqallar şurasının üzvü Qənbər Qurbanov 1988-1993-cü illərdə respublikamızın başına gətirilən bəlalardan və torpaqlarımızın işğalından danışıb: “İndi biz hamımız cənab İlham Heydər oğlu Əliyevə dəstək olmalıyıq və bizim bir seçimimiz var, o da Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevdir”.
Sonra tədbirdə gənclər adından 1 saylı Uşaq bağçasının müdiri Şəbnəm Quliyeva, 102 saylı orta məktəbin müəlliməsi Sülhanə Cəlilova çıxış edərək əmin olduqlarını deyiblər ki, 9 oktyabr 2013-cü il prezident seçkiləri İlham Əliyevin qələbəsi ilə başa çatacaq.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

