Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağstafada yunan-roma güləşi üzrə rayon turniri keçirilib

Ağstafada yunan-roma güləşi üzrə rayon turniri keçirilib

07.11.2025 [14:58]

06 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə yeniyetmələr arasında yunan-roma güləşi üzrə rayon turniri keçirilib.

Turnirdə 65 nəfər yeniyetmə güləşçi iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının sədri Turan Hüseynov çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqımızı öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən güclü dövrünə yetişdi. Qazanılan  Zəfər möhtəşəm və qürurludur. Bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək "Dəmir yumruq" yaradan xalqın qalibiyyətidır. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycanın tarixi qələbəsidir, Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Çıxışçılar yeniyetmələrə uğurlar arzulayıblar.

Daha sonra turnirə start verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yunan-roma güləşi üzrə rayon turnirində yüksək nəticə əldə etmiş yeniyetmələrə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının qiymətli hədiyyələri, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının diplom və medalları təqdim olunub.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30