/ / Qusar rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi
Qusar rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi
21.11.2025 [16:32]
Qusar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdən əvvəl müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsi ziyarət olunaraq Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edildi.
Daha sonra Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.
Ardınca YAP-ın yaradılmasının 33 illiyinə həsr edilmiş videoçarx nümayiş olundu.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək bildirdi ki, ölkəmizin ictimai - siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, Ulu Öndərimiz Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyini çox mühüm bir ərəfədə - Konstitusiyamızın qəbul olunmasının otuzuncu, Qələbə günümüzün isə beşinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan Azərbaycanın son illərdə qazandığı böyük naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyət ilə bilavasitə bağlıdır. Yeni Azərbaycan Partiyasının 33 illik tarixi Azərbaycanın dövlət müstəqilliyinin inkişafı tarixidir.
David İbramxəlilov qeyd etdi ki, Vətən savaşındakı şanlı qələbədən sonra ölkədə aparılan islahatlar fonunda 5 mart 2021-ci il tarixdə Partiyanın VII Qurultayının keçirilməsi ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsasını qoymuş, demokratik ənənələrin inkişafına ciddi töhfə vermişdir. Bu gün Yeni Azərbaycan Partiyası sistemli şəkildə yeni idarəetmə modelini özündə ehtiva edən bir çox mühüm addımlar atmaqdadır.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev çıxışında bildirdi ki, 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində 550 nəfər nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu xalqın dahi rəhbərə böyük inamının, onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. Yeni Azərbaycan Partiyası yaranmasaydı və Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi ölkəmiz tamamilə fərqli tale yaşayacaqdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın bu günki inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəsti-xətti, rolu vardır.
Sonra çıxış edənlər: Partiya veteranı Əliyulla Ağalarov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, “Kənd təsərrüfatı işçiləri” ərazi partiya təşkilatının sədri Rauf Minhacov, partiyanın fəal üzvü Tahirə Kazımova, partiyanın gənc fəalı Rəhman Ağabalayev qeyd etdilər ki, tarixin nadir şəxsiyyətlərindən biri olan dahi rəhbər Heydər Əliyevin müdrik siyasəti bu gün də yaşayır və onun elmi təməllərə söykənən inkişaf strategiyası Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan regionun lider dövlətinə, dünyanın sabit və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bu uğurların əsasında xalqa xidmət etmək məharəti dayanır. Azərbaycan vətəndaşları dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının uğurları ilə bağlı olacaqdır.
Tədbirdə yubiley yaşı tamam olmuş partiya veteranlarına fəxri fərman və qiymətli hədiyyələr, YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirildi.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46

