Güclü dövlətin qlobal birlik modeli
30.12.2025 [19:54]
Artıq otuz dörd ildir ki, bütün dünya azərbaycanlıları 31 dekabr tarixini Həmrəylik Günü kimi qeyd edirlər. Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq müstəqil Azərbaycanın formalaşdırdığı yeni qlobal siyasi konsepsiyalardan biri kimi dəyərləndirilir. XXI əsrin yeni geosiyasi nizamında diasporun gücü təkcə milli-mədəni eyniliklə deyil, həm də siyasi, informasiya və strateji təsir imkanları ilə ölçülür. Bu mənada həmrəylik bayramının mahiyyəti yalnız emosional birlikdən deyil, həm dövlətlə diaspor arasındakı əlaqələrin müasir çağırışlara uyğunlaşdırılmış siyasi strukturundan ibarətdir. Azərbaycan bu modeli regionda ilk tətbiq edən ölkələrdən biri kimi özünəməxsus nümunə yaratmağı bacarıb.
İlk dəfə 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Bundan sonra Ali Məclis müvafiq qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi və dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi. Hazırda bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır. Son beş ildə isə bu bayram bütün dünyada yaşayan soydaşlarımız tərəfindən artıq qalib dövlətin təmsilçiləri olaraq daha böyük coşqu ilə qeyd olunur.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev müəllifi olduğu Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasına Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı prinsiplərini qoymuşdur. Bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, ən müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bütün bu insanların milli-mənəvi varlığını yaşadan yeganə dövlət isə, müstəqil, suveren Azərbaycan Respublikasıdır.
Ulu Öndər Heydər Əliyevin yaratdığı bu siyasi strategiya müasir dövrdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş geosiyasi məzmun qazanıb. Dövlət başçısının xarici səfərlər zamanı mütləq diaspor nümayəndələri ilə görüşməsi artıq diplomatik protokolun daimi hissəsidir. Cənab Prezident bu görüşlərdə təkcə problemlərin dinlənilməsi ilə kifayətlənmir, diaspor siyasətinə dair yeni istiqamətlər müəyyən edir, dünya azərbaycanlılarının vahid ideoloji xətt üzrə fəaliyyətini təşviq edir. Bu yanaşma Azərbaycanın informasiya təhlükəsizliyi, beynəlxalq imic və lobbiçilik fəaliyyətində əhəmiyyətli rol oynayır.
Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi xalqımızın birliyini, hər zaman Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Dünya azərbaycanlılarının həmrəyliyi Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizi daha inamlı etdi.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30

