Su təsərrüfatında sistemli islahatlar
14.01.2026 [17:56]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə ölkəmizin su təhlükəsizliyi, ekoloji dayanıqlığı və mühəndis-kommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı müşavirədə çıxışı zamanı son illər ərzində görülən işlər, qarşıda duran hədəflər, mövcud çağırışlar və perspektiv prioritetlər haqqında geniş məlumat vermiş, konkret tapşırıqlar səsləndirmişdir. Prezident ilk olaraq vurğulamışdır ki, ölkədə sosial-iqtisadi inkişafın əsas dayaqlarından biri olan infrastruktur sahəsində böyük nailiyyətlər əldə olunub. Ölkədə qazlaşmanın 96 faizə çatdırılması bunun bariz nümunəsidir. Bu göstərici insanların rifahına, şəhər və kəndlərdə həyat səviyyəsinin yüksəlməsinə, sənaye və kənd təsərrüfatının inkişafına mühüm töhfə verir. Bununla yanaşı dövlət başçısı qeyd etmişdir ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir və xüsusilə iqlim dəyişikliklərinin, qlobal quraqlıq risklərinin artdığı bir dövrdə su ehtiyatlarının qorunması, idarə olunması və səmərəli istifadəsi strateji məsələ kimi diqqət mərkəzində saxlanılmalıdır. Prezident İlham Əliyev Bakı şəhərində yağış sularının idarə edilməsinin vacibliyini xüsusi vurğulayıb. Bildirilib ki, paytaxtın 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması nəzərdə tutulur. Bu, yağış sularının yığılması, daşqın və sel risklərinin qarşısının alınması, şəhər mühitinin təhlükəsiz və rahat olmasına xidmət edəcək. Dövlət başçısı qeyd edib ki, əsas infrastruktur məsələlərinin böyük hissəsi artıq öz həllini tapıb, lakin su təsərrüfatı sahəsində qarşıda görüləcək mühüm işlər hələ də qalmaqdadır. Xüsusilə vurğulanıb ki, Ermənistan dövləti uzun illər ərzində su terroru həyata keçirib, Azərbaycanın su ehtiyatlarına ziyan vurub, çayların axınının qarşısını alıb və ekoloji tarazlığa ciddi zərər yetirib. Lakin bu gün işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və su infrastrukturunun tam bərpası dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezidentin çıxışında mühüm məqamlardan biri də 30-a yaxın yeni su anbarının tikilməsi və sayğaclaşdırmanın 100 faizə çatdırılması ilə bağlı tapşırıqlar olub. Bu, suyun uçotunun dəqiq aparılması, israfın qarşısının alınması və idarəetmənin rəqəmsallaşdırılması üçün əhəmiyyətlidir. Bununla yanaşı ölkədə avtomobil yollarının inşasının geniş vüsət alması, logistika imkanlarının artması, infrastruktur layihələrinin paralel şəkildə həyata keçirilməsi də ümumi inkişafın mühüm tərkib hissəsi kimi qeyd edilib. Prezident İlham Əliyev bildirib ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür və Azərbaycan da bu prosesdən kənarda deyil. Ona görə də su ehtiyatlarının qorunması, yeni texnologiyaların tətbiqi və alternativ su mənbələrinin dövriyyəyə cəlb edilməsi həyati zərurətdir. Dövlət başçısı dənizə buraxılan suların 100 faiz təmizlənməsinin vacibliyini xüsusi qeyd edərək ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətində daha sərt yanaşmanın tətbiq edilməsini tapşırıb. Çıxış zamanı bildirilib ki, son 20 il ərzində dörd böyük su anbarı inşa edilib və onların ümumi potensialı 500 milyon kubmetrdən çoxdur. Bu, ölkənin su təhlükəsizliyi baxımından mühüm strateji göstəricidir. Yeni Dövlət Proqramının isə yalnız paytaxtı deyil, Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə etməsi regionda su təminatı sistemlərinin kompleks şəkildə yenilənəcəyindən xəbər verir. Prezident əlavə edib ki, yaxın illərdə ölkəmizdə duzsuzlaşdırma zavodunun inşası da nəzərdə tutulur və bu layihə Xəzər suyundan səmərəli istifadə etməklə əlavə içməli su mənbəyi yaradacaq. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti su təhlükəsizliyi məsələsinə prioritet yanaşır, uzunmüddətli perspektiv üçün davamlı və dayanıqlı sistemin qurulmasını hədəfləyir. 2026–2035-ci illəri əhatə edəcək Dövlət Proqramı təkcə mühəndis layihəsi deyil, həm də sosial rifaha, ekoloji təhlükəsizliyə, regional inkişafın sürətlənməsinə xidmət edən strateji sənəd kimi ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq. İcra olunacaq layihələr nəticəsində Bakı və Abşeron yarımadasının su təchizatı daha etibarlı olacaq, yağış və tullantı suları sistemləri müasir standartlara uyğun qurulacaq, ekoloji təhlükəsizlik daha yüksək səviyyədə təmin ediləcək. Bu isə həm insanların rahat və təhlükəsiz yaşayışına, həm də ölkəmizin dayanıqlı inkişaf strategiyasına mühüm töhfə verəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37

