Enerji layihələri regional sabitliyin mühüm təminatıdır
06.03.2026 [11:48]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası qlobal enerji təhlükəsizliyi baxımından mühüm platforma kimi diqqət mərkəzinə çevrilib. Enerji təhlükəsizliyi məsələlərinin birgə müzakirəsi və əməkdaşlıq yolu ilə həlli hazırkı geosiyasi şəraitdə xüsusilə böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs müxtəlif dövlətləri və beynəlxalq tərəfdaşları bir araya gətirərək enerji təhlükəsizliyi məsələlərində koordinasiyanı gücləndirən mühüm platforma rolunu oynayır. Ötən 12 il ərzində qlobal enerji bazarında baş verən mürəkkəb proseslər, geosiyasi gərginliklər və iqtisadi çağırışlar belə əməkdaşlığın nə qədər vacib olduğunu bir daha nümayiş etdirib.
Son illərdə həyata keçirilən layihələr nəticəsində Cənub Qaz Dəhlizi təkcə regional deyil, həm də qlobal enerji təhlükəsizliyinin əsas elementlərindən birinə çevrilib. Əgər ilkin mərhələdə Azərbaycan qazı 12 ölkəyə tədarük olunurdusa, hazırda bu göstərici 16 ölkəyə çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Avropa bazarında mövcudluq da getdikcə genişlənir. Artıq Almaniya və Avstriyaya qaz tədarükünə başlanılması nəticəsində Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazının istehlakçısına çevrilib. Bu göstəricilər enerji əməkdaşlığının geniş miqyas aldığını və qlobal enerji sistemində dövlətimizin rolunun getdikcə artdığını göstərir.
Yeni qaz yataqlarının istismarı da gələcək perspektivlər baxımından mühüm əhəmiyyət daşıyır. Cari ildə Azəri‑Çıraq‑Günəşli yatağının dərin qaz laylarından hasilata başlanması gözlənilir. Eyni zamanda, Abşeron qaz yatağının tammiqyaslı işlənmə mərhələsi yaxın illərdə başlayacaq və bu yataqdan qaz hasilatı əhəmiyyətli dərəcədə artacaq. Ümid qaz yatağının ikinci mərhələsinin istismarı da planlaşdırılır. Bundan başqa, Şahdəniz qaz yatağı üzrə yeni mərhələnin 2028-ci ildə işə düşməsi nəzərdə tutulur. Bütün bu layihələr maksimum istehsal səviyyəsində əlavə olaraq 10–15 milyard kubmetr qaz hasil etməyə imkan verəcək. Lakin bu potensialın tam reallaşdırılması üçün mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi və yeni interkonnektorların yaradılması vacibdir.
Enerji strategiyasının mühüm istiqamətlərindən biri də bərpaolunan enerji sahəsinin inkişafıdır. Bu istiqamətdə həyata keçirilən layihələr yaşıl enerji gündəliyinin real nəticələr verdiyini göstərir. Cari ilin əvvəlində regionun ən böyük külək elektrik stansiyası – 240 meqavat gücündə obyekt istifadəyə verilib. Layihə ACWA Power şirkəti tərəfindən həyata keçirilib. Bundan əvvəl isə Masdar şirkəti tərəfindən 230 meqavat gücündə günəş elektrik stansiyası inşa olunmuşdu. Hazırda bir sıra yeni layihələr icra mərhələsindədir və yaxın illərdə alternativ enerji mənbələrinə əsaslanan elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. Bu prosesdə SOCAR ilə yanaşı, özəl və beynəlxalq şirkətlər də fəal iştirak edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik: “Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik”.
Bərpaolunan enerji layihələri yalnız daxili enerji balansının şaxələndirilməsi baxımından deyil, həm də beynəlxalq enerji əməkdaşlığı üçün yeni imkanlar yaradır. Azərbaycandan Avropaya Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabeli və Mərkəzi Asiyadan Xəzər üzərindən gələcək enerji kabeli layihələri bu istiqamətdə mühüm addımlardır. Bu layihələrin həyata keçirilməsi gələcəkdə geniş enerji şəbəkəsinin formalaşmasına və qitələrarası enerji əməkdaşlığının yeni mərhələyə qədəm qoymasına səbəb olacaqdır.
Enerji strategiyasının digər mühüm istiqaməti tranzit imkanlarının genişləndirilməsidir. Azərbaycan Xəzərin şərq sahilindən gələn enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit ölkə kimi çıxış edir. Qazaxıstan və Türkmənistan neftinin nəqli üçün mövcud infrastrukturlar bu prosesdə mühüm rol oynayır və daşınan həcmlər ildən-ilə artır. Bu isə ölkənin regionda enerji logistikasının əsas mərkəzlərindən birinə çevrildiyini göstərir.
Eyni zamanda, enerji sektorunda beynəlxalq investisiyalar da genişlənir. Azərbaycanın Türkiyədə 870 meqavat gücündə böyük elektrik stansiyası əldə etməsi və Serbiyada 500 meqavatlıq elektrik stansiyasının tikintisi ilə bağlı imzalanan müqavilə bu istiqamətdə mühüm addımlardır. Bundan əlavə, İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə olunması və Türkiyədə Egey sahillərində fəaliyyət göstərən 12 milyon tonluq zavodla birlikdə Aralıq və Egey dənizləri regionunda 22 milyon tonluq emal potensialının formalaşması enerji bazarında mövqelərin daha da möhkəmləndiyini göstərir.
Bütün bu layihələr və təşəbbüslər göstərir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində yalnız resurs sahibi kimi deyil, həm də etibarlı tərəfdaş, tranzit ölkə və yeni enerji layihələrinin təşəbbüskarı kimi çıxış edir. Enerji resurslarının səmərəli istifadəsi ilə bərpaolunan enerji mənbələrinin inkişafının paralel aparılması isə gələcək üçün balanslaşdırılmış və dayanıqlı enerji modelinin formalaşmasına xidmət edir. Bu siyasət həm regionda, həm də Avropa məkanında enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

