“Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir”
28.04.2026 [17:16]
Görkəmli oftalmoloq-alim və ictimai xadim akademik Zərifə Əliyevanın 103-cü ildönümü münasibəti ilə Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir” adlı dəyirmi masa keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev çıxış edərək, bildirib ki, böyük alim və ictimai xadim, nəcib insani keyfiyyətlərə malik görkəmli şəxsiyyət Zərifə xanım Əliyeva böyük alim olmaqla yanaşı, görkəmli ictimai xadim kimi də Azərbaycan tarixində xüsusi yer tutur. Zərifə xanım Əliyevanın həyatında səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət hər zaman öndə olub. Əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedadı hesabına ən ali zirvəni fəth edən Zərifə xanım Əliyevanın xalq qarşısındakı xidmətləri ölçüyəgəlməzdir.
Neçə-neçə gözə şəfa bəxş edən, neçə-neçə görməyən insanların qaranlıq dünyasını işıqlandıran görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın çoxillik fəaliyyəti dövründə Azərbaycan oftalmologiya elminin beynəlxalq aləmdə tanıdmasından danışan YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə vurğulayıb ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınının müdrikliyini, zəkasını, fədakarlığını və yüksək əxlaqını özündə cəmləşdirən nadir bir sima idi.
Gəncə Dövlət Universiretinin prorektoru Gülsüm Fətəliyeva bildirib ki, Zərifə xanım Əliyevanın ömür yolu təsdiq edir ki, bir qadın eyni zamanda alim, ana, həyat yoldaşı və cəmiyyət üçün dəyərli bir şəxsiyyət ola bilər. Onun timsalında Azərbaycan qadının elmə, ailəyə və Vətənə sədaqətin parlaq nümunəsini görürük.
Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev qeyd edib ki, Zərifə xanım Əliyeva parlaq zəkası, yüksək insani keyfiyyətləri və Vətəninə olan sonsuz məhəbbəti ilə elmi irsimizdə silinməz iz qoymuş nadir şəxsiyyətlərdən biridir. Eyni zamanda, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb. Onun adı bu gün də Azərbaycan səhiyyəsində yüksək hörmətlə çəkilir.
Gəncə şəhər Oftalmoloji Xəstəxanasının həkimi Ruhiyyə Məmmədova Zərifə xanım Əliyevanın elmi-praktik irsindən söz açaraq, onun elmdə bir çox ilklərə imza atdığını qeyd edib: “Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətləri, mükafatları Azərbaycan oftalmologiya elminə verilən yüksək qiymət kimi dəyərləndirib”.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini vurğulayıb.
Sonda akademik Zərifə Əliyevanın ömür yoluna və zəngin elmi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

