İçərişəhər, qədim qalalarımız və türbələrimiz tarixlə müasirliyin vəhdətini nümayiş etdirir
22.05.2026 [14:49]
Bizim tariximiz qədim və mədəniyyətimiz zəngin olduğu kimi, həm də müasirliyi özündə təcəssüm etdirir. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda memarlığımızda da öz qədim tariximizi yaşadırıq. Əsrlər boyu qorunub saxlanılan qalalarımız, məscidlərimiz, saraylarımız və digər tarixi abidələrimiz xalqımızın zəngin mədəniyyətinin və qədim dövlətçilik ənənələrinin göstəricisidir.
Bu abidələrin hər daşında keçmişimizin izi, milli kimliyimizin ruhu yaşayır.Bu gün dünyada keçirilən beynəlxalq tədbirlərdə də ölkəmizin tarixi və mədəni irsi xüsusi maraq doğurur.
Xüsusilə WUF 13 kimi beynəlxalq platformalar şəhərlərin inkişafı, tarixi irsin qorunması və müasir urbanizasiya məsələlərinin müzakirəsində mühüm rol oynayır. Belə tədbirlər bir daha göstərir ki, qədim tarixə malik olan şəhərlər yalnız keçmişin yadigarı deyil, həm də gələcəyin inkişaf modeli hesab olunur.
Azərbaycanın qədim memarlıq nümunələri də bu baxımdan böyük əhəmiyyət daşıyır. İçərişəhər, qədim qalalarımız və türbələrimiz tarixlə müasirliyin vəhdətini nümayiş etdirir. Biz öz şəhərlərimizi inkişaf etdirərkən milli memarlıq üslubumuzu, tarixi irsimizi və mədəni dəyərlərimizi qorumağa çalışırıq. Çünki tarixi irsini qoruyan xalq öz kimliyini və mənəvi dəyərlərini də qoruyur.
WUF 13 kimi beynəlxalq forumlar göstərir ki, şəhərlərin gələcəyi yalnız yeni binaların tikilməsi ilə deyil, eyni zamanda qədim irsin yaşadılması ilə mümkündür. Azərbaycan da bu istiqamətdə öz zəngin tarixi, memarlıq nümunələri və mədəni irsi ilə dünyaya nümunə göstərən ölkələrdən biridir. Biz qədim tariximizlə, milli-mənəvi dəyərlərimizlə və memarlıq irsimizlə daim qürur duyuruq.
Cahandur Məhərrəmov
YAP Şərur rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45

