Azərbaycan–Türkmənistan münasibətləri: Strateji tərəfdaşlığın yeni mərhələsi
24.06.2026 [12:44]
“Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu fikirləri Azərbaycan–Türkmənistan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və qarşılıqlı etimadın möhkəmləndiyini bir daha nümayiş etdirir. Tarixi, mədəni və etnik bağlarla bir-birinə yaxın olan Azərbaycan və Türkmənistan bu gün strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirirlər.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulmuşdur. Türkmənistanın Azərbaycandakı Səfirliyi 8 iyun 1999-cu ildə, Azərbaycanın Türkmənistandakı Səfirliyi isə 18 oktyabr 2002-ci ildə fəaliyyətə başlamışdır. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan və türkmən xalqlarını birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər bu əməkdaşlığın əsasını təşkil edir. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli siyasi dialoq və imzalanan sənədlər əlaqələrin daha da genişlənməsinə mühüm töhfə vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev son illərdə bir neçə dəfə Türkmənistana səfər etmişdir. O, 2021-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində, 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Toplantısında, eləcə də Azərbaycan–Türkiyə–Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmişdir. Türkmənistan tərəfdən isə Prezident Qurbanqulu Berdiməhəmmədov 2020-ci ildə Azərbaycana rəsmi səfər etmiş, Prezident Sərdar Berdiməhəmmədov isə 2023-cü ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmişdir. Bu səfərlər iki ölkə arasında siyasi dialoqun intensiv xarakter aldığını və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdiyini göstərir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana həyata keçirdiyi rəsmi və işgüzar səfərlər də münasibətlərin inkişafında mühüm rol oynayır. Nazirlər səviyyəsində keçirilən görüşlər zamanı siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilir, regional və beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparılır.
Azərbaycan və Türkmənistan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Türkmənistan Məclisində də Azərbaycan Milli Məclisi ilə dostluq qrupu yaradılmışdır. Parlamentlərarası əməkdaşlıq qanunvericilik sahəsində təcrübə mübadiləsinə, siyasi dialoqun genişlənməsinə və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan və Türkmənistan arasında münasibətlərin hüquqi bazası kifayət qədər genişdir. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 89 sənəd imzalanmışdır. Bu sənədlər arasında ən mühümlərindən biri 8 avqust 2017-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”dir. Həmin sənəd əlaqələrin gələcək inkişafı üçün mühüm hüquqi və siyasi zəmin yaratmışdır.
Azərbaycan və Türkmənistan iqtisadi sahədə də uğurlu əməkdaşlıq həyata keçirirlər. 2008-ci ildə yaradılmış Azərbaycan–Türkmənistan Hökumətlərarası Komissiyası iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Komissiyanın sonuncu iclası 2023-cü ilin noyabr ayında Aşqabadda keçirilmişdir. 2023-cü ilin yanvar–oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 710,39 milyon ABŞ dolları təşkil etmişdir. Bunun 72,59 milyon dolları ixracın, 637,80 milyon dolları isə idxalın payına düşmüşdür. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsində 88,42 faiz artım qeydə alınmışdır. İdxalın artmasında xam neft, təbii qaz və digər enerji məhsullarının, ixracın artmasında isə alüminium məhsulları, pambıq lifi, şəkər və digər malların mühüm rolu olmuşdur.
Bu gün Azərbaycan və Türkmənistan yalnız ikitərəfli münasibətləri deyil, həm də regional əməkdaşlığı gücləndirən mühüm tərəfdaşlardır. Xəzər dənizi, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Dövlət başçılarının siyasi iradəsi, xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Azərbaycan–Türkmənistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik yaradır. Bu münasibətlər Türk dünyasının birliyinin möhkəmlənməsinə və regionda sabitlik, təhlükəsizlik və rifahın təmin olunmasına mühüm töhfə verir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

