“Azərbaycançılıq məfkurəsi və milli dəyərlər sisteminin inkişafı”
25.06.2026 [15:51]
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində İsmayıllı rayonu ərazisində yerləşən “Qaya” istirahət mərkəzində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü günündə gənc fəallarla “Azərbaycançılıq məfkurəsi və milli dəyərlər sisteminin inkişafı” mövzusunda görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Elnarə Akimova, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva “Heydər Əliyev Məktəbi” layihəsinin əhəmiyyətindən bəhs ediblər.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası kimi formalaşdırılan azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən, milli kimliyimizi qoruyan və dövlətimizin ideoloji dayaqlarını möhkəmləndirən sarsılmaz təməldir. Vurğulanıb ki, bu məfkurə ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin inkişafına xidmət etməklə yanaşı, dövlət suverenliyimizin də etibarlı ideoloji təminatına çevrilib.
Qeyd olunub ki, müasir qloballaşma dövründə milli-mənəvi dəyərlərin, ailə institutunun, dilimizin və mədəniyyətimizin qorunub saxlanılması gəncliyimizin ən ümdə vəzifələrindən biridir. Ümummilli Liderin formalaşdırdığı və bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən dövlət siyasəti məhz milli köklərə bağlı, eyni zamanda müasir dünyagörüşünə sahib intellektual nəslin yetişdirilməsinə xidmət edir.
Tədbirdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən və ölkəmizin ərazi bütövlüyünün tam bərpasından ətraflı bəhs edilib. Vurğulanıb ki, bu möhtəşəm nailiyyət azərbaycançılıq məfkurəsi ruhunda yetişən gənclərin fədakarlığı, xalqımızın sarsılmaz milli birliyi və vətənə bağlılığı sayəsində mümkün olub.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı Qələbə təkcə hərbi gücün deyil, həm də uzun illər ərzində formalaşmış milli-mənəvi dəyərlərin, vətənpərvərlik tərbiyəsinin və xalq-ordu birliyinin təntənəsidir.
Vurğulanıb ki, qazanılmış tarixi Zəfərin qorunması, onun gələcək nəsillərə ötürülməsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində və “Böyük Qayıdış” proqramında fəal iştirak etmək YAP gənclərinin mühüm vətəndaşlıq missiyasıdır. Partiya fəalları informasiya məkanında, elmi-intellektual platformalarda milli maraqların müdafiəsi istiqamətində daha fəal olmalı, azərbaycançılıq məfkurəsinin rəqəmsal müstəvidə təbliğinə öz töhfələrini verməlidirlər.
Müzakirələr zamanı layihə iştirakçıları Ayşən Quliyeva, Pəri İbrahimova, Nicat Bayramov, Maysaray Səfərova, Turqay Daşdəmirli və digər gənclər mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Panel müzakirələrinin ardından yay məktəbinin proqramına uyğun olaraq gənclərin praktiki bacarıqlarının, komanda işinin və strateji düşüncə qabiliyyətlərinin inkişafına yönəlmiş fəaliyyətlər təşkil olunub.
İlk olaraq iştirakçılar arasında “Mənim xəyalımdakı ağıllı kənd” mövzusunda Yaradıcılıq Atelyesi (Workshop) müsabiqəsi keçirilib. “Şəhərsalma və Memarlıq İli”nin ruhuna uyğun təşkil olunan müsabiqədə gənclər komandalar şəklində birləşərək işğaldan azad edilmiş ərazilərdə tətbiq oluna biləcək innovativ, ekoloji cəhətdən dayanıqlı və texnoloji əsaslı kənd modelləri hazırlayıblar. İştirakçılar öz memarlıq və urbanizasiya baxışlarını təqdim edərək hazırladıqları layihələri nümayiş etdiriblər.
Daha sonra proqram çərçivəsində gənclərin analitik təfəkkürünü və beynəlxalq münasibətlər sahəsində biliklərini inkişaf etdirməyə yönəlmiş “Diplomatik Danışıqlar” simulyasiya oyunu keçirilib. Simulyasiya zamanı iştirakçılar müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri qismində çıxış edərək siyasi, iqtisadi və ekoloji xarakterli böhran situasiyalarının həlli yollarını müzakirə ediblər.
Təqdimatlardan sonra yay məktəbinin iştirakçıları üçün Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən biri olan Basqal qəsəbəsinə ekskursiya təşkil edilib. Azərbaycanın qədim ipəkçilik və kəlağayıçılıq ənənələrinin yaşadıldığı Basqal ilə tanışlıq gənclər tərəfindən böyük maraqla qarşılanıb.
Günün sonunda YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov və YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov gənclərlə görüşərək fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

