Yeni Azərbaycan Partiyası Gənclər Birliyi “Qış məktəbi”nə start verdi
11.02.2014 [09:01]
Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini gənclər təşkil edir. Gənclərin partiyaya axını onların Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etməklə yanaşı, bir daha bu reallığı da təsdiqləyir ki, gənc nəslin nümayəndələri YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük imkanlar qazanırlar. YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən “Yay” və “Qış” məktəbləri xüsusi qeyd olunmalıdır. Bu layihələrin əsas məqsədi gənclərimizin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, siyasətçilərlə, hökumət nümayəndələri ilə görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Artıq fevralın 10-dan YAP Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Qış məktəbi”nə start verilib. Fevralın 10-dan 14-dək Oğuz rayonunda yerləşən “Afra” oteldə davam edəcək “Qış məktəbi”ndə YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının 100-ə yaxın fəal gəncləri iştirak edirlər. Fevralın 10-da “Qış məktəbi”nin açılışı olub. Layihənin ilk günündə iştirakçılar komandalara bölünüblər, gənclərlə görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qrup rəhbərləri, YAP Siyasi Şurasının üzvləri- “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən bəhs ediblər. Bu fikir xüsusi qeyd olunub ki, gənclərimiz onlara yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. V.Rəhimzadə gənclərə yaradılan bu şəraitə görə ölkə Prezidenti İlham Əliyevə, YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədova, YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzova minnətdarlığını ifadə edib. O, bildirib ki, gənclərimiz onlara olan etimadı əməli fəaliyyətləri ilə doğrultmağa çalışırlar. “Qış məktəbi”nin əhəmiyyətindən, gənclərin intellektual səviyyəsinin artırılmasına, gənclər arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərməsindən geniş bəhs edən V.Rəhimzadə eyni zamanda, layihənin əsas məqsədlərindən olan gənclərin istirahətinin lazımi səviyyədə təşkilini də yüksək dəyərləndirib.
YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva partiyanın gənclərin ictimai-siyasi fəallığının, eyni zamanda istirahətlərinin yüksək səviyyədə təşkili istiqamətində atdığı addımlardan danışıb. Bildirib ki, məqsəd gələcəyimiz olan gənclərin hərtərəfli inkişafını təmin etmək, gənc siyasətçi kimi yetişmələrinə dəstək olmaqdır.
“Qış məktəbi” çərçivəsində keçirilən debatlarda müxtəlif mövzularda müzakirələr aparılır, gənclərin biliklərinin artırılmasına xidmət edən tədbirlər təşkil edilir. Layihə çərçivəsində gənclərin Milli Məclisin deputatları, həmçinin, siyasətçilərlə görüşləri də nəzərdə tutulub.
“Qış məktəbi”nin birinci günü “Nikah müqavilələrinin bağlanması və ailə məcəlləsi” mövzusunda seminar keçirilib. Seminarın moderatoru Zaur Quliyev olub. Seminarda ötən illərdə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra hüquqi islahatların aparıldığnı bildirilib. Qeyd edilib ki, hər bir dövlətin və millətin inkişafı, gücü onun ailə institutlarının möhkəmləndirilməsi ilə ölçülür.
Keçirilən görüşlərdə çıxış edən gənclər dövlətin, YAP-ın onlara diqqət və qayğısından razılıqlarını ifadə edərək, bir fikri dəfələrlə vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla addımlayırlar.
“Qış məktəbi” çərçivəsində müxtəlif növ idman yarışları da təşkil olunur. Təbii ki, bu oyunların keçirilməsində də əsas məqsəd gənclərin hərtərəfli inkişafını təmin etməkdir. Azərbaycan gənclərinin sağlam böyüməsi hər zaman diqqət göstərilən məsələlərdəndir.
Fevralın 10-dan 14-dək davam edəcək “Qış məktəbi”nin proqramına diqqət yetirdikdə, hər günün gənclərin həyatında özəlliyi ilə seçiləcəyini demək mümkündür. Təşkil olunan müxtəlif mövzularda seminarlarda, debatlarda gənclər həm öz biliklərini artıracaq, həm də bir-birlərini daha yaxından tanımaqla, əlaqələrin qurulmasına və inkişafına nail olacaqlar. Bir sözlə, bu kimi layihələr həm təcrübə, həm də bilik qazanmaq üçün geniş imkandır. Qrup rəhbərləri gəncləri bu imkandan səmərəli istifadə etməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

