1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə dəyirmi masa keçirilib
31.07.2026 [12:04]
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan əlifbası və dili: keçmişdən gələcəyə uzanan milli dəyər" mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev bildirib ki, Azərbaycan əlifbası və Azərbaycan dili günü Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Sərəncamına əsasən hər il 1 avqust tarixində qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, dövlət başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli Fərmanı ana dilimizin qorunması, dövlət idarələrində Azərbaycan dilindən düzgün istifadə olunması, ədəbi dil normalarına riayət edilməsi və milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, Azərbaycan dili dövlət müstəqilliyimizin əsas rəmzlərindən biri olmaqla xalqımızın milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadır.
YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev isə çıxışında vurğulayıb ki, Azərbaycan əlifbasına latın qrafikasının tətbiqi və 1 Avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilməsi Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyi böyük önəmin parlaq ifadəsidir. O bildirib ki, hər bir Azərbaycan vətəndaşı ana dilinin saflığını qorumağa, onu düzgün işlətməyə və gələcək nəsillərə olduğu kimi ötürməyə borcludur.
Sonra “ Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, Tərtər Peşə Məktəbinin işçisi Bəhruz Həsənov, Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Elza Aslanova çıxış ediblər. Çıxışçılar Azərbaycan dilinin əsrlər boyu xalqımızın milli kimliyini yaşatdığını, dövlət dilinin nüfuzunun daha da yüksəldilməsi istiqamətində görülən işlərin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, ana dilimizin qorunması hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Tədbirin sonunda bu sahədə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

