Prezident İlham Əliyevin Naxçıvana səfəri: regionun yeni inkişaf mərhələsinə baxış
12.08.2026 [17:07]
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində sosial-iqtisadi inkişaf, müdafiə potensialının gücləndirilməsi, enerji təhlükəsizliyi, sənayeləşmə, nəqliyyat infrastrukturu və Naxçıvanın tarixi-mədəni irsinin qorunması ilə bağlı mühüm məsələlər diqqət mərkəzində olub. Səfər zamanı Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla da tanışlıq keçirilib.
Prezident İlham Əliyevin Naxçıvana bu səfəri dövlət başçısı kimi onun muxtar respublikaya 17-ci səfəri kimi xüsusi əhəmiyyət daşıyır. Bu səfər Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasında xüsusi yer tutduğunu bir daha nümayiş etdirir. Dövlət başçısının müsahibəsində vurğuladığı kimi, qarşıdakı dövrdə Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsi əsas hədəflərdən biridir.
Müsahibənin mühüm istiqamətlərindən biri Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi olub. Dövlət başçısı Naxçıvanın təhlükəsizliyinin təmin edilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması ölkənin hərbi qüdrətinin və müdafiə imkanlarının mühüm göstəricisidir. Bu yanaşma Naxçıvanın geosiyasi mövqeyi və təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfərin diqqətçəkən hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasıdır. Sənaye Parkının yaradılması regionda müasir istehsal sahələrinin formalaşdırılması, yeni iş yerlərinin açılması, investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm addımdır. Parkın tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşa ediləcək olması isə sənaye inkişafı ilə enerji təminatının paralel şəkildə həyata keçiriləcəyini göstərir.
Naxçıvanın enerji potensialı da müsahibədə xüsusi vurğulanıb. Muxtar respublikada qazlaşmanın 100 faiz təşkil etməsi əhalinin enerji təminatının yüksək səviyyədə olduğunu göstərir. Bununla yanaşı, Naxçıvanın Günəş enerjisi baxımından böyük imkanlara malik olduğu qeyd edilib. Təkcə Günəş elektrik enerjisinin istehsalının təqribən ən azı 500 meqavat ola biləcəyi bildirilir. Ordubad rayonunun Tivi kəndində gücü 15 meqavatdan bir qədər çox olacaq su elektrik stansiyasının layihəsinin də gündəmdə olması Naxçıvanın bərpaolunan enerji imkanlarının genişləndirilməsinə xidmət edir.
Naxçıvanın yaşıl enerji potensialı Azərbaycanın ümumi enerji strategiyası ilə də uzlaşır. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi ilə yanaşı, Naxçıvanın da yaşıl enerji zonası kimi inkişaf etdirilməsi regionda ekoloji cəhətdən dayanıqlı enerji sisteminin qurulmasına imkan yaradır.
Nəqliyyat və regional bağlantılar da müsahibənin əsas mövzularından olub. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın təşəbbüsü olduğunu vurğulayıb. İkinci Qarabağ müharibəsindən ötən beş il ərzində Ermənistan tərəfindən dəhlizin açılması istiqamətində praktiki addımların atılmadığı qeyd edilib. Bununla yanaşı, Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirildiyi bildirilib.
Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dəhlizin reallaşmasından sonra Azərbaycandan İrana ikinci dəmir yolu xəttinin açılması da nəzərdə tutulur. Bu isə Naxçıvanın regional nəqliyyat və logistika imkanlarını daha da artıracaq, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqeyini möhkəmləndirəcək.
Naxçıvanın daxili nəqliyyat infrastrukturu üzrə də mühüm layihələr həyata keçirilir. Naxçıvan şəhərinin nəqliyyat problemlərinin həll olunduğunu bildirən Prezident müxtəlif kateqoriyalı yolların çəkilişi və əsaslı təmiri ilə bağlı ümumilikdə 420 kilometr yolun nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bu layihələr regionun rayon və kəndləri arasında əlaqələrin daha da yaxşılaşdırılmasına, iqtisadi fəallığın artmasına və əhalinin rahatlığının təmin edilməsinə imkan verəcək.
Naxçıvanın inkişafında kənd təsərrüfatının da xüsusi yeri var. Bir neçə ay əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvanın xüsusi yer tutması regionun aqrar potensialının daha səmərəli istifadəsinə şərait yaradacaq. Müasir texnologiyaların tətbiqi, istehsalın artırılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi kənd təsərrüfatının gələcək inkişafında mühüm rol oynayacaq.
Naxçıvan həm də Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş diyardır. Bu amil Naxçıvanın Azərbaycan tarixindəki xüsusi mövqeyini daha da artırır. Ulu Öndərin dövlətçilik irsi, Naxçıvanın müdafiəsinin və inkişafının təmin olunmasında göstərdiyi xidmətlər müasir Azərbaycanın inkişaf strategiyasının mühüm dayaqlarından biri kimi qiymətləndirilir.
Beləliklə, Prezident İlham Əliyevin 11 avqust 2026-cı il tarixli səfəri Naxçıvanın gələcək inkişafının kompleks şəkildə nəzərdən keçirildiyini göstərir. Sənayeləşmə, enerji təhlükəsizliyi, yaşıl enerji, kənd təsərrüfatı, nəqliyyat, müdafiə və mədəni irsin qorunması istiqamətində nəzərdə tutulan layihələr Naxçıvanın yeni inkişaf mərhələsinə keçidini sürətləndirəcək.
Naxçıvan Sənaye Parkının yaradılması, enerji potensialından geniş istifadə, yolların yenilənməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində işlər və müasir sənaye komplekslərinin qurulması muxtar respublikanın iqtisadi imkanlarını daha da genişləndirəcək. Prezidentin səfər zamanı səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı, təhlükəsizliyinin möhkəmləndirilməsi və Azərbaycanın regional inkişaf strategiyasına daha sıx inteqrasiyası qarşıdakı dövrün əsas prioritetlərindəndir.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

