YAP Qaradağ rayon təşkilatı “Avanqard N” MMC-də görüş keçirib
02.09.2026 [14:52]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində sentyabrın 1-də YAP Qaradağ rayon təşkilatı Sahil qəsəbəsində yerləşən “Avanqard N” MMC-də görüş keçirib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, “Mətanət-A” şirkətlər qrupunun departament rəhbəri, Bakı – Qazax şossesi 27-ci kilometr ünvanı üzrə ərazi partiya təşkilatının sədri Mais Qasımov, “Avanqard N” MMC-nin direktoru Alim Bayramov və zavodun əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə Qayıdışı ilə ölkəmizdə ictimai-siyasi, sosial və mənəvi sahələrdə olan böhran aradan qaldırıldı və hər bir sahədə olduğu kimi, iqtisadi və özəl sahibkarlıq sahəsində də inkişaf başlandı.
Ümummilli lider Heydər Əliyevin istər keçmiş Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyin bərpasından sonra həyata keçirdiyi nəhəng layihələrdən, onun müəllifi olduğu neft və qaz strategiyasından, azad sahibkarlıq mühiti və bazar iqtisadiyyatının formalaşması istiqamətində qəbul etdiyi qərarlardan bəhs edən İlqar İlyasov məhz bu siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, öz gücü ilə müstəqilliyini qoruduğunu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa və yenidənqurma işlərinə toxunan YAP rayon təşkilatının sədri cari ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin həmçinin bu quruculuq işləri ilə birbaşa bağlı olmasına da diqqət yönəldib. Bu proseslərin fəal iştirakçısı olan zavodun əməkçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən “Mətanət-A” şirkətlər qrupunun departament rəhbəri, Bakı – Qazax şossesi 27-ci kilometr ünvanı üzrə ərazi partiya təşkilatının sədri Mais Qasımov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası sayəsində “Avanqard N” MMC-nin kollektivi üçün də unudulmaz və fərəhli dövr yaşanıb. Belə ki, 2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müasir tipli gips zavodu olan “Avanqard N” MMC də Ümummilli lider Heydər Əliyevin xeyir-duası və şəxsən iştirakı ilə fəaliyyətə başlayıb. Zavod 2007-ci ilin əvvəllərində tam gücü ilə məhsul istehsalına keçib. 2016-cı il yanvarın 30-da isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin “Yeni Ağdağ“ Gips Zavodunun açılışı olub.
Sonra YAP Qaradağ rayon təşkilatının sədri zavodda istehsal prosesi ilə yaxından tanış olub. “Avanqard N” MMC-nin direktoru Alim Bayramov zavodda 200-dək işçinin çalışdığını, əsasən gips əsaslı məhsulların və gips karton lövhələrin istehsal olunduğunu bildirib.
Qeyd edib ki, keyfiyyəti ilə seçilən bu məhsullar həm daxili, həm də xarici bazarlara ixrac olunur.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53

