YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib
10.09.2026 [12:48]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “A. Nemətulla küçəsi 105” ünvanı üzrə Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, SOCAR-ın “Kompleks Qazma İşləri” trestinin rəisi, ƏPT sədri Rəşad Əsgərov və partiya üzvləri iştirak edib.
Tədbirdən öncə Umumilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi anılıb.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və müstəqil Azərbaycanın azadlığı uğrunda öz canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə SOCAR-ın “Kompleks Qazma İşləri” trestinin rəisi, ƏPT sədri Rəşad Əsgərov açaraq partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ümumxalq partiyası kimi böyük nüfuz qazanıb, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. R. Əsgərov Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən danışıb.
İclasda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının təsisçisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin rifahı üçün əvəzsiz xidmətlər göstərib və bu gün Ulu Öndərin layiqli davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimizin mövqeyinin daha da möhkəmləndirilməsinə nail olunub. Təşkilat sədri Ərazi Partiya Təşkilatında gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, qeydiyyat, uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü aparılması ilə bağlı öz tövsiyələrini vermiş, ƏPT-nin işinə uğurlar arzulamışdır.
Görüşdə Trestin sədr müavini-baş mühəndis Qabil Rzayev, Həmkarlar İttifaqının sədri Nazim Əhmədov, Operativ Xidmətin rəisi Cavanşir Zöhrabov və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının 33 ildən artıq müddətdir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etdiyini, xalqın sevgisini və dəstəyini qazandığını, Partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirdiyini söyləyiblər.
Sonra “A. Nemətulla küçəsi 105” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədr müavininin təqaüdə çıxması ilə əlaqədar ƏPT-yə yeni müavin seçilməsinin zəruri olduğu bildirilib və Trestin aparıcı mühasibi Vəliyev Vaqif Ərziman oğlunun namizədliyi səsə qoyularaq qəbul edilib.
Yeni seçilən Vaqif Vəliyev çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib, ƏPT üzvləri ilə birlikdə çalışaraq təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə, partiya üzvləri ilə əlaqələrin möhkəmləndirilməsinə və qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəyini qeyd edib.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49

