Bütün qələbələrimiz Heydər Əliyev yolu ilə bağlıdır
10.09.2026 [18:13]
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının XIII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Balakən rayon təşkilatının sədri Azad Balayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası tarixən böyük nailiyyətlər əldə edib. 2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı olub. Bu baxımdan, hesabat dövrü YAP Balakən rayon təşkilatı üçün siyasi fəaliyyətin daha çevik və məqsədyönlü qurulduğu mərhələ kimi xarakterizə oluna bilər. A.Balayev “Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları dayanır”, - deyə vurğulayıb.
Çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev YAP-ın iqtidar partiyası olaraq Azərbaycanın hərtərəfli inkişafında rolunu xüsusi vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramlarının Balakəndə də uğurla icra olunduğunu bildirib. Bu proqramların icra nəticəsində rayonun əldə etdiyi nəticələr barədə məlumat verib.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev çıxışında YAP-ın ümumxalq partiyası olaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsədlər ətrafında birləşdirməsi və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə verdiyi töhfələri diqqətə çatdırıb. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır”, - deyə deputat qeyd edib. Onun sözlərinə görə, dövlətimizin başçısının müdrik siyasəti ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edib: “Ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiya nəticəsində ümummilli məsələlərdə vahid mövqe müəyyənləşib”.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı fəaliyyətində müasir çağırışlara uyğun yeni yanaşmaların tətbiq olunduğunu vurğulayıb, bu istiqamətdə əldə edilən nəticələrə diqqəti cəlb edib. Onun sözlərinə görə, qurultayda qəbul edilmiş qərarlar yerli təşkilatların fəaliyyətinə də əhəmiyyətli təsir göstərib.
Konfransda YAP Balakən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

