Diplomatik missiyanın Qarabağ səfəri və Ermənistanın bitməyən revanşizm sindromu
16.09.2026 [14:39]
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura son səfəri beynəlxalq ictimaiyyətin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstəyinin növbəti nümayişi oldu. Lakin bu önəmli tarixi hadisənin Ermənistan cəmiyyətində və siyasi dairələrində yaratdığı qıcıq, rəsmi İrəvanın post-münaqişə dövründəki əsl niyyətlərini bir daha üzə çıxartdı. Erməni tərəfinin bu səfərə verdiyi qeyri-adekvat və təəssüf doğuran reaksiya yalnız qəbuledilməz olmaqla qalmır, həm də bir sıra beynəlxalq hüquq normalarının ayaqlar altına alınması deməkdir.
Hər şeydən əvvəl, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış, ayrılmaz və suveren ərazisidir. Erməni tərəfinin xarici ölkə diplomatlarının Azərbaycan ərazisindəki sərbəst hərəkətinə görə onlara qarşı linç kampaniyası başlatması birmənalı olaraq Azərbaycanın daxili işlərinə kobud və yolverilməz müdaxilədir. Digər tərəfdən, bu cür isterik reaksiya Ermənistanın ən yüksək dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi bəyanatlarla daban-dabana ziddiyyət təşkil edir. Görünən odur ki, Ermənistan ictimaiyyəti beynəlxalq nümayəndələrin təmsil etdikləri dövlətlərin Azərbaycanın suverenliyini tam dəstəkləməsi faktını həzm edə bilmir.
Məsələnin digər acınacaqlı tərəfi Ermənistanın tarixi həqiqətləri saxtalaşdırmaq cəhdləri və nümayiş etdirdiyi rasist yanaşmadır. Bu gün Gəncəsər və Xudavəng kimi möhtəşəm tarixi abidələri heç bir elmi əsası olmadan "erməni irsi" kimi qələmə verməyə çalışanlar, Qafqaz Albaniyasının Azərbaycan torpaqlarındakı zəngin və təkzibolunmaz mövcudluğunu inkar edirlər. Dünya tarix elminə yaxşı məlum olan alban irsinin inkar edilməsi, əslində, erməni ictimaiyyətində kök salmış irqçiliyin bariz göstəricisidir. Onlar illərdir belə bir qondarma narrativ formalaşdırırlar ki, guya Azərbaycan ərazisində tarixən yalnız ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların varlığı "mövcud olmayıb". Həqiqətə qarşı bu dözümsüzlük xəstə təfəkkürün məhsuludur. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr dövlətə və xalqa məxsusdur.
Təəssüflər olsun ki, baş qaldıran bu antiazərbaycan və revanşist kampaniya sadəcə müxalifətin və ya marjinal qrupların işi deyil. Təhlillər açıq şəkildə göstərir ki, prosesin arxasında birbaşa Ermənistan hakimiyyəti özü dayanır. Hakim partiyaya yaxın media resurslarının bu məlumatları tirajlaması, eləcə də Ermənistan parlamenti sədri Ruben Rubinyanın məsələ ilə bağlı verdiyi yolverilməz açıqlamalar rəsmi İrəvanın dövlət siyasətindəki revanşist meyilləri təsdiqləyir. Buna paralel olaraq, 14 sentyabr tarixində Ermənistan parlamentində 2022-ci ilin sentyabrında məhz Ermənistanın törətdiyi və Azərbaycanın cavab vermək məcburiyyətində qaldığı hərbi təxribatlar zamanı həlak olanların bir dəqiqəlik sükutla yad edilməsi sülhə deyil, cəmiyyətdə revanşizm ruhunun, düşmənçiliyin süni şəkildə körüklənməsinə xidmət edən düşünülmüş siyasi gedişdir.
Bütün bu baş verənlər Ermənistanın sülh danışıqlarında nə qədər qeyri-səmimi olduğunu, siyasi manipulyasiyalarla məşğul olduğunu növbəti dəfə ifşa edir. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan faktiki olaraq sülhə məcbur edilib. Xüsusilə 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin reallığı qəbul etməkdən başqa alternativi qalmamışdır. Lakin hakimiyyətin dirijorluğu ilə həyata keçirilən son informasiya hücumları göstərir ki, İrəvan qəsdən və məqsədyönlü şəkildə sülh prosesinə zərbə endirmək niyyətindədir.
Son olaraq xatırlatmaq yerinə düşərdi ki, bu gün saxta tarix davası edən Ermənistan, əslində, Qərbi Azərbaycanda misilsiz mədəni terror həyata keçirib. Xalqımızın min illər boyu öz dədə-baba torpaqlarında yaratdığı tarixi yaşayış yerləri, məscidlər, qəbiristanlıqlar və onlarla digər tarixi abidə qəsdən dağıdılıb. Regionun etnik-mədəni mənzərəsini süni şəkildə dəyişdirmək, azərbaycanlıların izlərini silmək cəhdləri sadəcə destruktiv yanaşma və irqçilik deyil, eyni zamanda beynəlxalq hüququn, xüsusilə də 1954-cü il Haaqa Konvensiyasının və UNESCO qərarlarının kobud şəkildə ayaqlar altına alınmasıdır.
Ermənistan dərk etməlidir ki, diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri artıq yeni regional reallıqların beynəlxalq təsdiqidir. Revanşist ideyalar, ikili oyunlar və tarixin saxtalaşdırılması cəhdləri Ermənistanı yalnız növbəti fəlakətlərə sürükləyə bilər. Dayanıqlı sülhün yeganə yolu isə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkmək və beynəlxalq hüququn prinsiplərinə səmimi şəkildə hörmət etməkdir.
Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

