Türk dünyasının gücü: birlik, sabitlik və təhlükəsizlik
22.09.2026 [12:08]
Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq münasibətlər sistemində çəkisi və rolu ildən-ilə artır. Müasir dövrün mürəkkəb geosiyasi reallıqları fonunda türk dövlətlərinin qarşılıqlı həmrəyliyinin möhkəmləndirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi və ortaq maraqların qorunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də məhz bu mühüm istiqamətləri əhatə edib. Dövlət başçısı TDT-nin mövcud potensialından səmərəli istifadə etməklə beynəlxalq arenadakı mövqelərini daha da gücləndirməsinin vacibliyini vurğulayıb.
TDT-nin yaranması türk dövlətləri arasında tarixi, mədəni və mənəvi bağların müasir siyasi əməkdaşlıq müstəvisində daha da möhkəmlənməsinə geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra təşkilat mühüm məsələlərin həllində və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafında əhəmiyyətli platformaya çevrilib. Bu gün TDT yalnız siyasi və iqtisadi əməkdaşlıq çərçivəsində deyil, beynəlxalq təhlükəsizlik, nəqliyyat, enerji, humanitar və digər mühüm istiqamətlərdə də fəal qarşılıqlı fəaliyyət göstərir.
Türk dövlətlərini birləşdirən geniş coğrafi məkan və böyük iqtisadi potensial təşkilatın beynəlxalq nüfuzunun daha da artırılması üçün mühüm imkanlar formalaşdırır. Bu coğrafiyadan keçən mühüm nəqliyyat və enerji dəhlizləri TDT məkanının qlobal iqtisadi və strateji proseslərdə rolunu daha da artırır. Dövlət başçısının vurğuladığı kimi, təşkilatın qərbində və şərqində yerləşən ölkələr də TDT-nin bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizlik məsələlərində müsbət rolunun güclənməsində maraqlıdırlar.
Azərbaycan TDT-nin inkişafında fəal və təşəbbüskar mövqeyi ilə seçilir. Ölkəmizin təşkilat daxilində həyata keçirdiyi təşəbbüslər, türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönələn addımlar TDT-nin daha güclü və təsir imkanları geniş olan təşkilata çevrilməsinə xidmət edir. Prezident İlham Əliyevin sözləri ilə desək, təşkilatın beynəlxalq arenada rolunu və yerini gücləndirmək üçün bütün imkanlar mövcuddur.
Müasir dünyada təhlükəsizlik məsələləri dövlətlərin dayanıqlı inkişafının əsas şərtlərindən biridir. Bu baxımdan türk dövlətlərinin yerləşdiyi geniş coğrafiyada sabitliyin və əmin-amanlığın qorunması yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə Türk dünyasının strateji maraqlarına cavab verir. Prezident İlham Əliyev çıxışında TDT məkanında hökm sürən sülh, sabitlik və təhlükəsizliyin böyük nailiyyət olduğunu diqqətə çatdırıb.
Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi görüşləri ortaq təhdid və risklərin müzakirəsi, qarşılıqlı təcrübə mübadiləsi və təhlükəsizlik məsələləri üzrə əlaqələndirilmiş fəaliyyət üçün mühüm platformadır. Beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kibertəhlükələr kimi çağırışlar dövlətlərin birgə səylərini zəruri edir.
Bu mənada TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi təşkilatın ümumi gücünün artırılmasına mühüm töhfə verir. Ölkələrin bir-birinə olan qarşılıqlı etimadı, strateji tərəfdaşlığı və təhlükəsizlik məsələlərində koordinasiyası Türk dünyasının qarşıya çıxan çağırışlara daha hazırlıqlı şəkildə cavab verməsinə şərait yaradır.
Prezident İlham Əliyevin mövqeyində mühüm yer tutan əsas məqamlardan biri də budur ki, Türk Dövlətləri Təşkilatının potensialı yalnız mövcud imkanlarla məhdudlaşmır. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik mexanizmlərinin möhkəmləndirilməsi və üzv dövlətlərin birgə fəaliyyətinin daha da əlaqələndirilməsi TDT-nin beynəlxalq proseslərdə rolunu artıracaq. Bu baxımdan Azərbaycan Prezidentinin irəli sürdüyü baxışlar Türk dünyasının birlik və həmrəylik əsasında daha təhlükəsiz, sabit və dayanıqlı gələcəyə doğru irəliləməsinin mühüm istiqamətlərini müəyyənləşdirir.
Məhərrəm Hacıyev
YAP Kəngərli rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

