Türk Dövlətləri Təşkilatının Strateji Əməkdaşlıq Gündəliyi
22.09.2026 [15:01]
17 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxətlərini qəbul edərkən etdiyi çıxış təşkilatın qarşısında dayanan çağırışların geniş spektrini əhatə edib. Dövlət başçısı çıxışında təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadi inkişaf, informasiya və gənclər siyasəti kimi müxtəlif istiqamətlərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu vurğulayıb.
Azərbaycan TDT-na üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Ölkə başçısının təşkilata üzv ölkələrə səfərləri və TDT-na üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Həmçinin ölkəmiz Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. İmzalanan sənədlər qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin çıxışında TDT ölkələrini birləşdirən ortaq tarixi-mədəni amillərə də geniş yer ayrılıb. Dövlət başçısı ortaq etnik köklərin, dilin, mədəniyyətin və ənənələrin təşkilat daxilində həmrəyliyi gücləndirən mühüm faktorlar olduğunu bildirib. Bu xüsusiyyət TDT-nı digər beynəlxalq əməkdaşlıq formatlarından fərqləndirən elementlərdən biri kimi təqdim olunur. Dövlətlərarası münasibətlərdə iqtisadi və siyasi maraqlarla yanaşı, xalqlar arasında tarixi və mədəni bağların mövcudluğu əməkdaşlığın ictimai əsaslarını da genişləndirir. Məhz buna görə Türk dünyasında mədəni-humanitar əməkdaşlıq təhlükəsizlik və iqtisadi əməkdaşlıqdan ayrı istiqamət kimi deyil, ümumi inteqrasiya prosesini tamamlayan sahə kimi nəzərdən keçirilir.
Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlanıb. Dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. İlk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi.
Beləliklə, rəhbərlik səviyyəsində maraqların və planların olduğu barədə ümumi anlayış mövcuddur və onların həyata keçirilməsi, yenə də daha çox ölkələrimizin mövcud və mümkün təhdidlərdən nə dərəcədə qorunmasından asılı olacaq.
Beləliklə, Bakıda keçirilən görüş TDT-nın inkişafında təhlükəsizlik komponentinin artan əhəmiyyətini nümayiş etdirən tədbirlərdən biri kimi diqqət çəkir. Toplantının gündəliyi göstərir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq artıq yalnız ortaq tarix, dil və mədəniyyətlə məhdudlaşmır; təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və gənclər siyasəti kimi strateji sahələr də təşkilatın ümumi fəaliyyət gündəliyində getdikcə daha mühüm yer tutur.
TDT ölkələrinin qarşısında duran əsas məsələ isə bu potensialın davamlı institusional əməkdaşlığa çevrilməsi, mövcud mexanizmlərin daha səmərəli işlədilməsi və dəyişən regional və qlobal şəraitə uyğun yeni əməkdaşlıq formatlarının formalaşdırılmasıdır. Bakı görüşündə səsləndirilən fikirlər də məhz bu istiqamətdə təhlükəsizlik dialoqunun və qarşılıqlı koordinasiyanın inkişaf etdirilməsinin gündəlikdə mühüm yer tutduğunu göstərir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

