Bakıda Əlişir Nəvai, Daşkənddə Nizami Gəncəvi irsi
22.09.2026 [15:05]
Şərq söz sənətinin ustadları, bəşəriyyətin ortaq mədəniyyət xəzinəsinə misilsiz töhfələr vermiş dahi mütəfəkkirlər əsrlər boyu xalqları bir-birinə yaxınlaşdıran mənəvi körpülər rolunu oynamışlar. Azərbaycan və özbək xalqlarının ortaq tarixi kökləri, oxşar adət-ənənələri və zəngin mədəni irsi məhz bu dahi şəxsiyyətlərin yaradıcılığında özünün ən ali ifadəsini tapmışdır. Özbək ədəbiyyatının klassiki, böyük şair və mütəfəkkir Əlişir Nəvainin Bakıda, dahi Azərbaycan şairi Nizami Gəncəvinin isə Daşkənddə ucaldılan abidələri sadəcə daşdan və tuncduan hörülmüş heykəllər deyil, iki qardaş ölkə arasında əbədi dostluğun, qarşılıqlı hörmətin və mədəni inteqrasiyanın canlı təcəssümüdür. Bu abidələr bir daha sübut edir ki, böyük sənətkarların yaradıcılığı üçün sərhədlər mövcud deyil və onların miras qoyduğu mənəvi dəyərlər nəsillərdən-nəsillərə ötürülərək xalqlarımızı həmişə bir arada saxlayır.
Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfərləri, həmçinin Özbəkistan lideri Şavkat Mirziyoyevin Azərbaycana səfərləri zamanı mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsinə, o cümlədən Bakıda Əlişir Nəvainin abidəsinin ucaldılmasına və digər layihələrə birbaşa diqqət göstərilmişdir.
Azərbaycan paytaxtının ən gözəl guşələrindən birində Özbəkistan xalqının dahi oğlu, özbək ədəbiyyatının banisi Əlişir Nəvainin abidəsinin ucaldılması iki ölkə arasındakı mədəni əlaqələrin tarixinə yazılmış parlaq səhifələrdən biridir. Ömrünü və yaradıcılığını türk dilinin saflığına, inkişafına və zənginləşməsinə həsr etmiş Nəvai yalnız özbək xalqının deyil, bütün Türk dünyasının fəxridir. Bakıda ucaldılan bu abidə Azərbaycan xalqının özbək ədəbiyyatına, onun görkəmli nümayəndəsinə olan dərin ehtiramının və sevgisinin təzahürüdür. Paytaxtımızın sakinlərinin və qonaqlarının bu abidəni ziyarət etməsi, dahi şairin zəngin irsinə olan marağın hər zaman yüksək olduğunu göstərir. Eyni zamanda, bu abidə hər bir azərbaycanlı üçün Şərq renessansının və ortaq türk mədəniyyətinin dəyərli simvolu kimi qəbul olunur.
Digər tərəfdən, Özbəkistanın paytaxtı Daşkənd şəhərinin mərkəzi küçələrindən və parklarından birində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ucaldılmış əzəmətli abidəsi də qardaş ölkədə Azərbaycan mədəniyyətinə verilən yüksək qiymətin əyani sübutudur. Bəşəriyyətə "Xəmsə" kimi ölməz incilər bəxş etmiş Nizami Gəncəvi yaradıcılığı əsrlər boyu bütün Şərqdə, o cümlədən özbək torpağında böyük maraqla öyrənilmiş, şairin əsərləri dillərdən düşməmişdir. Daşkənddəki Nizami abidəsi yalnız heykəltəraşlıq nümunəsi deyil, həm də Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin qədim köklərə malik olduğunun sübutudur. Özbək xalqı dahi Nizaminin irsinə hər zaman xüsusi sevgi və ehtiramla yanaşmış, onun əsərlərindən ilham almışdır.
Bakı və Daşkənd şəhərlərində ucaldılan bu abidələr yalnız keçmişin xatirəsi deyil, həm də bu gün uğurla inkişaf edən Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının mənəvi təməlini təşkil edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, mədəniyyət günləri, ortaq elmi və ədəbi layihələr xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Əlişir Nəvai və Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərin abidələri isə bu siyasi və iqtisadi əlaqələrin möhkəm təməl üzərində qurulduğunu, xalqların qəlbindən gələn dostluq bağları ilə qidalandığını nümayiş etdirir. Bu abidələr hər gün minlərlə gəncə, tələbəyə və ziyalıya iki xalqın ortaq köklərə sahib olduğunu xatırladır.
Bakıdakı Əlişir Nəvai və Daşkənddəki Nizami Gəncəvi abidələri iki qardaş ölkə arasındakı sarsılmaz dostluğun və mədəniyyət bağlarının ən əyani təcəssümüdür. Bu qədim və zəngin irsin qorunub yaşadılması, eləcə də paytaxtlarımızda dahi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan rəhbərliyinin türk dünyasının həmrəyliyinə, mədəniyyətinə və mənəvi dəyərlərinə göstərdiyi müstəsna diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçımızın qətiyyətli siyasi iradəsi və uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə, o cümlədən mədəni-mənəvi müstəvidə zirvə dövrünü yaşayır. Zamanın sınağından çıxmış bu mənəvi körpülər gələcək nəsillərə ötürülən ən qiymətli miras olaraq, xalqlarımızın əbədi qardaşlığını hər zaman uca tutacaqdır.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

