27 Sentyabr – qəhrəmanlıq və ehtiram ünvanı
23.09.2026 [17:47]
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsinə ehtiramın ifadə olunduğu müqəddəs gündür. Bu tarix xalqımızın milli yaddaşında həm dərin hüzn, həm də böyük qürur hissi ilə yaşayır. Hər il bu gündə Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ölməz xatirəsi dərin ehtiramla yad edilir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm.” Bu sözlər dövlətimizin şəhidlərimizin qarşısında daşıdığı mənəvi məsuliyyətin və onların əziz xatirəsinə göstərilən sonsuz ehtiramın ifadəsidir.
Azərbaycanın torpaqlarının uzun illər ərzində işğal altında saxlanılması, Ermənistanın işğalçı siyasəti və beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması regionda davamlı sülhün bərqərar olmasına ciddi maneələr yaratdı. Ermənistanın ərazi iddiaları, təxribatları və danışıqlar prosesini nəticəsiz qoymağa yönəlmiş addımları münaqişənin dinc yollarla həlli imkanlarını getdikcə məhdudlaşdırdı.
Bu prosesdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan “ikili standartlar” siyasəti də Azərbaycanın ədalətli mövqeyinə qarşı ciddi maneələrdən biri oldu. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinin uzun illər icra olunmaması, işğal faktının aradan qaldırılması istiqamətində təsirli addımların atılmaması münaqişənin uzanmasına şərait yaratdı. Belə bir şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək üçün bütün imkanlarını səfərbər etdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları xalqımızın çoxəsrlik tarixinin ən mühüm səhifələrindən birini yazdı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı, peşəkarlığı və yüksək döyüş ruhu ilə Zəfərlə nəticələndi.
Prezident İlham Əliyevin sözləri ilə desək: “Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu.” Bu Zəfər uğrunda minlərlə Azərbaycan övladı canından keçdi, şəhidlik zirvəsinə ucaldı. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.
Şəhidlərimizin müqəddəs qanı bahasına qazanılan Qələbə yalnız hərbi uğur deyil, həm də xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və Ordumuzun qüdrətinin təntənəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.”
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gələcəyə doğru inamla addımlayır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin yeni həyatının qurulması şəhidlərimizin arzusunda olduğu Azərbaycanın reallığa çevrilməsinin parlaq göstəriciləridir.
Prezident İlham Əliyev şəhidlərimizin ailələrinə və yaralı hərbçilərimizə dövlət qayğısını daim diqqətdə saxlayaraq bildirir: “Biz bu Qələbəyə görə onlara borcluyuq.” Bu borc yalnız sözlə ifadə olunan mənəvi məsuliyyət deyil, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısında, onların xatirəsinin əbədiləşdirilməsində və gələcək nəsillərə qəhrəmanlıq irsinin aşılanmasında öz əksini tapır.
27 Sentyabr – Anım Günü bizə bir daha xatırladır ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda edən qəhrəmanlarımızın adı heç zaman unudulmayacaq. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların Vətən sevgisi və qəhrəmanlığı gələcək nəsillər üçün əbədi örnəyə çevriləcək.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:45

