Şəmkirdə Anım Gününə həsr olunmuş “Zəfərə aparan qəhrəmanlıq yolu” mövzusunda tədbir keçirildi
28.09.2026 [10:04]
Şəmkirdə Anım Gününə həsr olunmuş “Zəfərə aparan qəhrəmanlıq yolu” mövzusunda tədbir keçirildi.
Şəmkir Rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdən öncə məktəblilərin Vətənə, dövlətçilik dəyərlərinə və şəhidlərimizin əziz xatirəsinə həsr etdikləri yaradıcılıq nümunələrindən ibarət sərgiyə baxış keçirildi.
Tədbirin rəsmi hissəsində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək Azərbaycan Ordusunun bugünkü qüdrətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasətinin mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik xətti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilib, ordunun maddi-texniki bazası möhkəmləndirilib, şəxsi heyətin döyüş hazırlığı və peşəkarlığı yüksək səviyyəyə çatdırılıb.
İcra başçısı vurğuladı ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi 2020-ci il Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərində özünü göstərdi. Bu tarixi hadisələr nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, eyni zamanda bütün dünyaya xalq-ordu birliyi və hərbi qüdrətimiz nümayiş olundu.
Çıxışda Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Şəmkir şəhidlərinin qəhrəmanlığı ehtiramla xatırlandı. Onların döyüş yolu və Vətən naminə fədakarlığının gənc nəsil üçün örnək olduğunu qeyd edən icra başçısı bütün şəhidlərimizə Allahdan rəhmət dilədi.
Tədbirdə YAP Şəmkir rayon Təşkilatının sədri Zamir Güvəndiyev çıxış edərək şəhidlərin Vətən qarşısındakı tarixi xidmətlərindən söz açdı. Bildirdi ki, onların göstərdiyi fədakarlıq Azərbaycan xalqının milli iradəsini və torpağa bağlılığını nümayiş etdirən mühüm örnəkdir. Rayon təşkilatının sədri qeyd etdi ki, hər il Azərbaycan xalqı və dünya azərbaycanlıları ərazi bütövlüyümüz uğrunda canından keçmiş Vətən övladlarını Anım Günündə ehtiramla yad edir. Bu əlamətdar tarix xalqımız tərəfindən iftixar və qürur günü kimi minilliklər boyu qeyd olunacaq.
Tədbirdə şəhidlərimizin valideynləri də çıxış edərək övladlarının Vətən qarşısında sonadək sədaqət göstərməsindən, onların döyüş yolundan və Vətən sevgisindən söz açdılar. Çıxışlarda Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən dövlət qayğısının əhəmiyyəti vurğulandı və bu diqqətin ailələr tərəfindən yüksək qiymətləndirildiyi bildirildi.
Tədbirin sonunda məktəblilərin ifasında Vətənə məhəbbət, dövlətçilik və qəhrəmanlıq mövzularını əks etdirən bədii kompozisiyalar təqdim olundu.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26

