/ / İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu – Ölkəmiz qlobal güclər arasında siyasi balans yaradır
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu – Ölkəmiz qlobal güclər arasında siyasi balans yaradır
28.09.2026 [10:16]
Məlum olduğu kimi, dünyada qeyri-müəyyənliyin artdığı, ticarət və investisiya axınlarının yeni istiqamətlər axtardığı bir dövrdə kapital üçün əsas meyarlar getdikcə daha çox sabitlik, etibarlılıq və uzunmüddətli perspektivlərlə müəyyən olunur.
Yeri gəlmişkən, Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin beynəlxalq investorlarla əməkdaşlığında yeni mərhələnin göstəricisi kimi qiymətləndirilməlidir. Forum artıq yalnız Azərbaycanın investisiya imkanlarının təqdim olunduğu platforma deyil, qlobal kapitalın konkret layihələr və uzunmüddətli tərəfdaşlıqlar ətrafında bir araya gəldiyi strateji məkana çevrilir.
Qeyd edək ki, builki tədbirin miqyasını anlamaq üçün Forumda təmsil olunan beynəlxalq maliyyə institutlarının çəkisinə diqqət yetirmək kifayətdir. Tədbirdə 3 000-dən çox iştirakçı qeydiyyatdan keçib, 70 ölkədən 803 xarici nümayəndə Bakıya gəlib. Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əsas iştirakçı siyahısında isə 48 müxtəlif qurum və investisiya platformasını təmsil edən 100-ə yaxın nümayəndə yer alır. Forumda təmsil olunan investisiya qurumlarının idarə etdiyi aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarını ötür, eyni zamanda ümumilikdə təxminən 2,8 trilyon ABŞ dolları həcmində suveren fondların, dövlət qurumlarının və pensiya fondlarının kapitalını təmsil edən institutlar tədbirdə fəal iştirak edirlər. Siyahıda dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan və idarə etdiyi aktivlərin həcmi 15,3 trilyon dollara çatan "BlackRock", onun tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP), 2,2 trilyon dollar aktiv idarə edən və 62,6 trilyon dollarlıq aktivə kastodial xidmət göstərən BNY, eləcə də 1,5 trilyon dollar həcmində aktivlərə rəhbərlik edən PGIM kimi nəhənglər yer alır. ARDNF, "BlackRock" və GIP arasında üç-dörd il ərzində GIP-in idarə etdiyi fondlara və birgə investisiya imkanlarına 1,5 milyard dollaradək vəsaitin yatırılması, habelə data mərkəzləri, süni intellekt və hava limanı infrastrukturu üzrə imkanların araşdırılmasına dair niyyət protokolunun imzalanması bu marağın əməli müstəviyə keçdiyini göstərir.
Onu da qeyd edək ki, ötən il keçirilmiş I Forumda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişlərinin imzalanması və bunun 7 milyard dollarından çoxunun qeyri-neft sektoruna yönəlməsi etimaddan konkret tərəfdaşlığa keçidin əsasını qoymuşdu. İkinci Forum isə bu etimadı daha da dərinləşdirir. Prezident İlham Əliyev forum çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə çıxış edərkən bildirib: "Artıq ölkədə çox yaxşı bir investisiya mühiti var. Azərbaycana son 20 ildə 350 milyard ABŞ dollar investisiya yatırılıb və bunun yarısı xarici investisiyalardır". Dövlətimizin başçısı sənayeləşməyə xüsusi diqqət yetirildiyini, bu yaxınlarda müvafiq dövlət proqramının qəbul olunduğunu xatırladaraq neft-qaz sektorunun da iqtisadiyyatın mühüm hissəsi olaraq qaldığını, buradan əldə olunan gəlirlər hesabına iqtisadiyyatın digər sahələrinə yenidən investisiyaların yatırılacağını vurğulayıb. Prezident investorlar üçün xüsusi maraq kəsb edən əsas məqamları açıqlayarkən müasir çağırışlara və texnoloji dəyişikliklərə çevik reaksiyanın vacibliyinə diqqət çəkib: "Biz bir çox körpülər, limanlar və gəmilər tikə bilərik. Amma biz rəqəmsallaşma, gömrük administrasiyası ilə bağlı müasir trendlərlə ayaqlaşmırıqsa və yükdaşımaların emal prosedurunu daha da asan etməsək uduzacağıq. Digər məsələ, elektrikötürmə xətləridir və burada çox böyük potensial var". Ölkəmizin neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələr ixrac etdiyini söyləyən Prezident bildirib biz regionda nadir ölkələrdən biriyik ki, bunların hamısını ixrac edirik: "Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək, xüsusilə də Avropa bazarına”.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq investorlar üçün əhəmiyyətini artıran əsas amillərdən biri ölkənin regional və qlobal iqtisadin əlaqələr sistemində dəyişən roludur. Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu bir dövrdə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yalnız tranzit coğrafiyası deyil, istehsal və rəqəmsal dəyər zəncirlərinin mərkəzinə çevrilir. Bu prosesdə Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən Orta dəhliz aparıcı drayver rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasının inkişafı və formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP bağlantısı regionda yeni investisiya mühiti formalaşdırır. Ölkəmizin strateji mövqeyi və unikal qovşaq rolundan bəhs edən Prezident İlham Əliyev vurğulayıb: "Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazdadır, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduq. Əlbəttə ki, idarəçilik, inzibatçılıq, nəqliyyatın rəqəmsallaşması, gömrük qaydaları, hansılar ki, investorlar üçün çox açıq, aşkar, aydındır, tənzimləyici çərçivə – bütün bunlar bizim potensialımızı gücləndirir. Bizim regionda geosiyasi vəziyyət dəyişsə, 5 il əvvəlki vəziyyətə qayıtsa, biz yenə də təchizatçılar üçün çox cəlbedici olacağıq". Bütün bunlar göstərir ki, Azərbaycan xarici investorlar üçün yalnız 10 milyonluq daxili bazar deyil, Mərkəzi Asiyadan Avropaya qədər uzanan nəhəng iqtisadi coğrafiyaya çıxış imkanı deməkdir. Nəqliyyat və enerji dəhlizlərinin, rəqəmsal infrastrukturun və müasir idarəetmə mexanizmlərinin vəhdəti ölkəmizi qlobal kapitalın uzunmüddətli və etibarlı sığınacağına çevirir.
Ən əsası, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yekunları ölkənin milli iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektoruna innovativ texnologiyaların cəlb edilməsinə və Azərbaycanın Avrasiyanın əsas iqtisadi-logistik mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Bəhmən Əmirov,
YAP Göygöl rayon təşkilatı üzrə Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26

