Azərbaycanın iqtisadi tərəqqisi və dayanıqlı inkişaf strategiyası
28.09.2026 [11:12]
Azərbaycanın artan qlobal iqtisadi nüfuzu, dayanıqlı inkişaf modeli və xarici kapital üçün yaratdığı geniş perspektivlər növbəti dəfə beynəlxalq aləmin diqqətini cəlb etdi. Bu baxımdan, keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi potensialını nümayiş etdirmək və beynəlxalq biznes ictimaiyyəti ilə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirmək baxımından mühüm platformaya çevrilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək gələcək iqtisadi prioritetləri, investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində atılan addımları və regional layihələrin qlobal əhəmiyyətini diqqətə çatdırmışdır.
Dövlət müstəqilliyinin dayanqlılığı və milli suverenliyin tam təmin olunması birbaşa ölkənin iqtisadi gücü ilə bağlıdır. Güclü və xarici təsirlərdən azad iqtisadi və maliyə mühitinin qurulması Azərbaycanın müasir inkişaf strategiyasının əsas sütununu təşkil edir.İqtisadi müstəqillik Azərbaycana xarici tərəfdaşlarla münasibətlərdə tam suveren mövqe nümayiş etdirmək, milli maraqlara söykənən qərarlar qəbul etmək və uzunmüddətli inkişaf proqramlarını uğurla icra etmək imkanı verir. Dövlət başçısının qeyd etdiyi kimi, əgər zamanında bu möhkəm bünövrə qoyulmasaydı, bu gün nəinki genişmiqyaslı bərpa və quruculuq işlərindən, ümumiyyətlə ölkənin gələcək perspektivlərindən əminliklə söz açmaq mümkün olmazdı. Sabit iqtisadiyyat təkcə bugünkü rifahın zəmanəti deyil, həm də gələcək nəsillər üçün təhlükəsiz və davamlı inkişafın əsas təməlidir.
Ölkəmizin gələcək iqtisadi mənzərəsi birbaşa dünya iqtisadiyyatının müasir inkişaf tendensiyalarına uyğun şəkildə qurulur.Bu baxımdan, ənənəvi enerji resursları ilə yanaşı, alternativlərə istiqamətlənmək və qeyri-neft sektorunun gücündən maksiumum istifadə etmək ölkəmizin əsas prioritetləri sırasında yer alır.Ən mühüm istiqamətlərdən biri bərpaolunan enerjidir. Azərbaycanın istər Xəzərdə, istərsə də azad olunmuş torpaqlarında zəngin günəş və külək enerjisi resursları var. Prezidentin vurğuladığı kimi, bu imkanlar sayəsində biz həm öz enerji tələbatımızı qarşılayacaq, həm də Avropa bazarına 'yaşıl enerji' çıxaracağıq. Xarici investisiyaların yatırıldığı bu sahə ölkəmizin ekoloji təmiz gələcəyə addımladığını sübut edir.Azərbaycanın yaşıl enerji sahəsində böyük imkanları var. Təkcə Xəzər dənizindəki potenasialımız 157 giqavatdır, qurudakı günəş və külək stansiyaları isə artıq fəaliyyətdədir.Əsas hədəf elektrik enerjisi alarkən təbii qaza qənaət etmək və azad olunan qazı xaricə ixrac etməkdir. Yaxın beş il ərzində isə yaşıl enerji şəbəkəsi bütün ölkəni əhatə edəcək.
İqtisadiyyatımızın digər əsas sahəsi nəqliyyat və logistikadır. Azərbaycanın dənizə birbaşa çıxışı olmasa da, müasir yollar və infrastruktur quraraq, investorlar üçün rahat mühit yaratmışıq. Qonşu ölkələrlə sıx əməkdaşlıq etmədən böyük tranzit mərkəzi olmaq mümkün deyil. Dünyadakı mövcud gərginlik fonunda ənənəvi ticarət yollarının dəyişməsi Azərbaycanın nəqliyyat imkanlarını daha da vacib edir və yeni yatırımlar üçün əla imkan yaradır.
İqtisadiyyatımızın böyük imkanlara malik digər sahəsi mədən sənayesidir. Bu yaxınlarda qəbul olunan 4 illik dövlət proqramı bu sektorda yeni layihələrin başlamasına böyük təkan verəcək. Bütün bunlarla yanaşı, neft və qaz amilini də unutmaq olmaz. Bu il çoxlu yeni müqavilələr imzalanıb və bu proses davam edir. Yəni neft-qaz sektoru hələ də iqtisadiyyatımızın əsas dayağı olaraq qalır. Bu sahədən qazanılan gəlirlər isə yenidən ölkə iqtisadiyyatına və digər vacib proqramlara yatırılacaq.
Bu gün Azərbaycan üzərindən keçən yükdaşımalara tələbat sürətlə artır. Ölkəmiz həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Biz hər iki beynəlxalq marşrutda fəal iştirak edən nadir ölkələrdən biriyik. Bunun nəticəsidir ki, ərazimizdən keçən tranzit yüklərin həcmi bu il 16 milyon tona çatacaq. Mövcud nailiyyətlərlə kifayətlənməyərək, 2030-cu ilədək hər iki istiqamətdə illik tranzit həcminin 25 milyon tona və daha yuxarı göstəricilərə çatdırılması əsas strateji prioritet kimi müəyyən edilmişdir. Bu qlobal hədəfin reallaşdırılması istiqamətində qonşu dövlətlərlə ikitərəfli və çoxşaxəli əməkdaşlıq mexanizmləri intensiv şəkildə davam etdirilir.
Azərbaycan coğrafi olaraq Qafqazda yerləşsə də, siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsinə çevrilib. Ötən ilin noyabrından ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, nəqliyyatın rəqəmsallaşdırılması, gömrük və idarəetmə sisteminin sadələşdirilməsi investorlar üçün aydın və etibarlı mühit yaradır.
Müasir dünyada inkişafın ən vacib şərti siyasi və iqtisadi sabitlikdir. Azərbaycanda bu sabitlik artıq 30 ildən çoxdur ki, davam edir. Müstəqilliyimizin ilk illərində ölkəmiz böyük sınaqlarla üzləşmişdi. Ermənistan torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmışdı.O dövrdə 8 milyonluq əhalisi olan Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünlə baş-başa qalmışdı. Bu, həqiqi bir humanitar fəlakət idi. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaşanır, iqtisadiyyat isə tamamilə xaos içində idi. Məhz bu mürəkkəb tarixdən keçərək əldə olunan bugünkü sabitlik ölkəmizin ən böyük sərvətidir.
Bu gün Azərbaycan beynəlxalq aləmdə özünü çox etibarlı tərəfdaş kimi sübut edib. Hələ 30 il əvvəl neft-qaz sektoru üzrə imzalanmış müqavilələrin şərtləri bu günə qədər dəyişməz olaraq qalır. Eyni zamanda, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir.Təhlükəsizlik və sabitliklə yanaşı, ölkəmiz xarici qonaqlar və investorlar üçün çox cazibədar mühitə sahibdir. Kiçik bir ərazidə 9 iqlim qurşağının olması, zəngin mətbəximiz, qonaqpərvər xalqımız, eləcə də Formula 1 və UFC kimi böyük beynəlxalq idman tədbirləri Azərbaycanın xüsusi üstünlükləridir. Bütün bu amillər ölkəmizi həm yaşamaq, həm də biznes qurmaq üçün ideal məkana çevirir.Bu kimi beynəlxalq forumların məhz Bakıda keçirilməsi investorlara real vəziyyəti öz gözləri ilə görmək imkanı verir.
Bütün bu faktlar bir daha göstərir ki, Azərbaycanın iqtisadi inkişaf strategiyası yalnız bugünün reallıqlarına deyil, birbaşa gələcəyin qlobal meyllərinə əsaslanır. Yaşıl enerji potensialının reallaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi və Mərkəzi Asiya regionu ilə dərinləşən iqtisadi inteqrasiya ölkəmizin regiondakı strateji mövqeyini daha da möhkəmləndirir. Otuz illik siyasi sabitlik, investorlar üçün yaradılan etibarlı mühit və müasir infrastruktur Azərbaycanı yeni xarici sərmayələr üçün ən cazibədar mərkəzlərdən birinə çevirir. Dayanıqlı iqtisadiyyat, insan kapitalı və innovasiyalara yatırılan hər bir investisiya ölkəmizin uzunmüddətli tərəqqisinin və təhlükəsiz gələcəyinin əsas zəmanətidir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26

