İqtisadi imkanlar şaxələndirilir
28.09.2026 [15:15]
Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın davamlı inkişaf strategiyası Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir dünyanın tələblərinə uyğun olaraq çox uğurla davam etdirilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib. Möhtərəm Prezidentimizin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb.
Dövlət Başçımızın nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə tamamlanır. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri, bütün ölkəboyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır. Bu gün Azərbaycanda fiziki infrastruktur tamamilə yenilənib. Sosial proqramlara, müdafiə sahəsinə, yollara, elektrik və su təchizatına, dəmir yollarına, məktəb və xəstəxanalara külli miqdarda vəsait sərf edilib və bu gün Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır. Möhtərəm Prezidentimizin qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, respublikamızda sosial sahədə vəziyyət dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəlsin.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə Möhtərəm Prezidentimizin çıxışı ölkənin iqtisadi inkişafının keçdiyi yolu, mövcud imkanları və gələcək üçün müəyyənləşdirilən strateji istiqamətləri kompleks şəkildə təqdim etdi.
Qarşıdakı dövrdə iqtisadi imkanların şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan bərpaolunan enerji mühüm istiqamətlərdən biri kimi önə çıxır. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının mövcudluğu, quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi ölkənin yaşıl enerji sahəsində geniş imkanlara malik olduğunun göstəricisidir. Qarşıya qoyulan məqsəd elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və əldə olunan qaz ehtiyatlarının daha çox ixrac məqsədilə yönəldilməsidir. Bu yanaşma həm enerji resurslarından səmərəli istifadəyə, həm də yeni enerji layihələrinin iqtisadi əhəmiyyətinin artmasına imkan verir.
Bərpaolunan enerji potensialının genişləndirilməsi eyni zamanda yeni texnoloji sahələrin inkişafı üçün də imkanlar yaradır. Xüsusilə süni intellekt və data mərkəzlərinin böyük həcmdə elektrik enerjisinə ehtiyac duyduğu nəzərə alınarsa, Azərbaycanın artan enerji imkanları bu sahədə yeni investisiya layihələrinin reallaşdırılması üçün əlverişli zəmin formalaşdıra bilər. Bunun üçün enerji sisteminin ötürücülük imkanlarının artırılması mühüm şərtdir. Mövcud ötürücü xətlərin genişləndirilməsi, yeni xətlərin inşası və enerji infrastrukturunun yenilənməsi gələcək iqtisadi inkişafın mühüm istiqamətlərindən birinə çevrilir.
Qeyd etmək lazımdır ki, investisiya siyasətində yeni mərhələ iqtisadiyyatın müxtəlif istiqamətlərində mövcud imkanların daha səmərəli istifadəsini və yeni inkişaf sahələrinin formalaşdırılmasını nəzərdə tutur. Bərpaolunan enerji, logistika, mədənçilik, rəqəmsal texnologiyalar və süni intellekt kimi sahələr qarşıdakı dövrdə yeni investisiya layihələri üçün geniş imkanlar yarada bilər. Bununla yanaşı, neft-qaz sektorunun yaratdığı maliyyə imkanları, güclü nəqliyyat infrastrukturu və sabit maliyyə sistemi bu prosesin mühüm dayaqları olaraq qalır. Qarşıdakı mərhələdə əsas diqqət mövcud iqtisadi potensialın yeni investisiyalara, texnoloji imkanlara və əlavə dəyər yaradan sahələrə çevrilməsinə yönələcəkdir. Hazırda insanların Azərbaycana investisiya qoyması üçün geniş imkanlar mövcuddur.
Möhtərəm Prezidentimizin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, aydın strateji istiqamətlər, aparılan islahatlar Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirəcək, qeyri-neft sektoru davamlı olaraq inkişaf edəcək və strateji infrastruktur layihələrinin icrası bundan sonra da ölkəmizin dayanıqlı gələcəyini təmin edəcəkdir.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09

