3 Oktyabr seçkiləri: tarixi xilaskarlığın təntənəsi
29.09.2026 [15:48]
Azərbaycan tarixində elə günlər var ki, bu tarixlər xalqın qəlbində həm qürur, həm də minnətdarlıqla xatırlanır. 1993-cü il 3 oktyabr məhz belə günlərdən biridir. Bu gün Azərbaycan xalqı öz müstəqilliyini qorumaq, dövlətini yaşatmaq üçün xilaskarını seçdi.
Qeyd edək ki, həmin dövrdə ölkəmiz ən ağır sınaqlardan keçirdi. Ermənistanla müharibə, daxildəki siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və idarəçilik böhranı Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın ümid yeri isə yalnız bir nəfər idi – böyük dövlət xadimi Heydər Əliyev. Onun möhkəm siyasi iradəsi, təcrübəsi və şəxsi nüfuzu Azərbaycanın xilası üçün son şans idi.
Xüsusilə qeyd etmək lazımdır ki, seçkilərdə Heydər Əliyevin 98 faizdən artıq səs toplaması xalqın ona olan inamını açıq şəkildə nümayiş etdirdi. Bu nəticə göstərirdi ki, xalq öz taleyini Heydər Əliyevin əllərinə etibar edir. Bu etimad illərin sınağından keçmişdi. Hələ Sovet dönəmində Azərbaycanı inkişaf etdirən, milli kadr siyasəti aparan, xalqın rifahını yaxşılaşdıran Heydər Əliyevin xidmətləri unudulmamışdı. 20 Yanvar faciəsi zamanı isə onun xalqla həmrəyliyi əsl liderlik nümunəsi olmuşdu.
Yeri gəlmişkən, Prezident seçildikdən sonra Heydər Əliyev qətiyyətli addımlar ataraq, əvvəlcə ölkədə sabitlik yaratdı. Atəşkəsin əldə edilməsi, ordunun yenidən qurulması, milli dövlət institutlarının formalaşdırılması ölkənin gələcəyini təmin edən strateji addımlar idi. Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlət güclü ordu ilə mümkündür. Buna görə də ordunun vahid komandanlıq altında formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi və döyüş ruhunun artırılması onun əsas prioritetlərindən biri oldu. Onun uzaqgörən siyasətinin nəticəsi idi ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu. Azərbaycan dünya enerji bazarında mühüm aktora çevrildi. Bu isə müstəqil dövlətimizin həm iqtisadi, həm də siyasi dayaqlarını möhkəmləndirdi.
Ən əsası, 3 oktyabr seçkiləri xalq-dövlət birliyinin təntənəsi idi. Azərbaycan xalqı bu günlə öz gələcəyini qorumağı bacardı, öz xilaskarını seçərək dövlətçiliyi dağılmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev xalqın yaddaşında sadəcə Prezident deyil, həm də müstəqilliyimizin qarantı, dövlətçiliyimizin banisi, milli birliyin rəmzi kimi qalır. Onun adı Azərbaycanın taleyində dönüş yaradan 3 oktyabr günü ilə əbədi bağlıdır.
Bəxtiyar Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli "Magistral avtomobil yollarının istismarı" MMC ərazi partiya təşkilatının üzvü
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39

