Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Cəbrayılın işğaldan azad olunması Zəfərimizin müjdəsini verirdi

Cəbrayılın işğaldan azad olunması Zəfərimizin müjdəsini verirdi

01.10.2026 [11:45]

Doğma torpaqlarımızın işğaldan azad edilərək öz sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. 44 günlük Vətən müharibəsi Xeyirin Şər üzərində qələbəsinin təntənəsi idi. 4 oktyabr 2020-ci il tarixində Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində hadisələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Ən mühüm strateji məntəqələrimizin bir-birinin ardınca  azad edilməsi Ordumuzu və xalqımızın Vətən müharibəsindəki döyüş əzmimini daha da ruhlandırırdı. 27 il düşmən tapdağında əsir qalan el-obamız öz doğma sakinlərinə isti qucağını açmaqdan böyük sevinc yaşayırdı. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə birliyimizin, həmrəyliyimizin, “Dəmir yumruq” kimi birləşməyimizin təcəssümüdür. Bu birlik eyni zamanda orduya dayaq oldu, Müzəffər Ali Baş Komandana arxa olaraq Zəfərimizi təmin etdi. Azərbaycan Ordusu düşmənin başını əzdi, dünyanın hərb tarixinə yeni parlaq səhifə yazdı. “Qarabağ Azərbaycandır!” şüarı Vətən müharibəsinin rəmzinə çevrildi.

Azərbaycan xalqı tarixinin ən qürurlu günlərini yaşayır və Prezident cənab İlham Əliyevin Cəbrayıla səfərləri zamanı qoyduğu təməllər xalq olaraq bizi daha da qürurlandırır.  Cəbrayılda gedən bərpa-quruculuq işlərinin sürəti ən qısa zaman ərzində cəbrayıllıların öz doğma yurdlarına qayıdacaqlarının müjdəsini verir. 4 oktyabr tarixi Cəbrayıl rayonunun taleyində xüsusi bir gün olaraq tarxin yaddaşına həkk olunmuşdur. Bir neçə obyektin təməlinin qoyulması və  inşaatından sonra fəaliyyəti çox mühüm iqtisadi önəmə malikdir.

“Araz Vadisi İqtisadi Zonasının” yaradılması rayonun sosial-iqtisadi həyatı üçün çox mühüm əhəmiyyət kəsb edir. Burada yaradılan münbit iqtisadi potensial  nəinki təkcə Cəbrayıl rayonunun bütün bölgənin inkişafına müsbət təsir göstərəcəkdir. 5 il ərzində çiçəklənən və inkişaf edən Qarabağın yaradılması ən prioritet məsələlərdən biridir. Erməni vandalizmin dəhşətli terrorundan əziyyət çəkən doğma torpaqlarımıza yeni nəfəs yeni həyat bəxş edilməkdədir. Qüdrətli dövlətimiz tərəfindən Qarabağa bütün sahələr üzrə böyük investisiyalar cəlb edilir. Bölgənin abadlaşmasında və yenidən qurulmasında Türkiyə şirkətləri də yaxından iştirak edir.

Altun İbrahimov,

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi, Vətən müharibəsi iştirakçısı

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31