Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Cəbrayılın Zəfər salnaməsi

Cəbrayılın Zəfər salnaməsi

02.10.2026 [11:51]

Cəbrayıl rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biri, zəngin tarixi-mədəni irsə və
əlverişli coğrafi mövqeyə malik ərazilərimizdəndir. Uzun illər işğal altında qalan rayonumuzun
yaşayış məntəqələri, sosial obyektləri, tarixi və dini abidələri böyük dağıntılara məruz
qalmışdır. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Cəbrayıl qarşısında
yeni tarixi mərhələ – dirçəliş, quruculuq və Böyük Qayıdış mərhələsi açılmışdır. Cəbrayılın
bugünkü siması ilə keçmiş vəziyyətini müqayisə etdikdə, görülən işlərin miqyası aydın görünür.
İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurmanın əsas istiqamətlərindən biri müasir
infrastrukturun yaradılmasıdır. Cəbrayıl şəhərində və rayonun kəndlərində yaşayış evləri,
məktəblər, tibb müəssisələri, inzibati və sosial obyektlər, yollar, elektrik və digər kommunal
infrastrukturlar yaradılır. Dövlət proqramları çərçivəsində insanların təhlükəsiz, rahat və müasir
şəraitdə doğma yurdlarına qayıtması üçün kompleks tədbirlər həyata keçirilir. Cəbrayılın
yenidən qurulması ilə bağlı layihələrdə kəndlər xüsusi yer tutur. Böyük Mərcanlı, Sarıcallı,
Karxulu, Horovlu, Şükürbəyli və digər yaşayış məntəqələrinin baş planları hazırlanaraq
mərhələli şəkildə həyata keçirilir. Yeni kəndlərdə yaşayış evləri ilə yanaşı məktəb, uşaq
bağçası, səhiyyə, idman, ticarət və xidmət obyektlərinin yaradılması nəzərdə tutulur. Bu
yanaşma insanların doğma torpaqlarında yalnız yaşamasını deyil, burada tam və təhlükəsiz
həyat qurmasını hədəfləyir. Lakin Cəbrayılın bu günkü quruculuq mənzərəsinin arxasında ağır
bir tarix dayanır. İşğal illərində rayonun şəhər və kəndlərində yaşayış evləri, məktəblər, inzibati
binalar, mədəniyyət və dini abidələr dağıdılmış, əmlak talan edilmişdir. Cəbrayılın dağıdılmış
məhəllələri və viran qoyulmuş yaşayış məntəqələri həmin dövrün nəticələrini əyani şəkildə
göstərirdi. Azərbaycan dövlətinin rəsmi məlumatlarında da işğal zamanı yaşayış məntəqələrinin
və mülki əmlakın dağıdılması və talan edilməsi barədə faktlar qeyd olunur. Erməni
vandalizminin ağır nəticələri yalnız binaların dağıdılması ilə məhdudlaşmır. Tarixi-mədəni və
dini irsimizə qarşı törədilən dağıntılar xalqımızın yaddaşına və mədəni irsinə ciddi zərbə
vurmuşdur. Azərbaycan dövləti azad edilmiş ərazilərdə bu izləri sənədləşdirir, tarixi abidələrin
bərpasını həyata keçirir və gələcək nəsillərin həmin tarixi həqiqətləri bilməsi üçün memorial
məkanlar yaradır. Cəbrayıl şəhərində Memorial Kompleksin yaradılması da bu baxımdan
mühüm əhəmiyyət daşıyır. Bu gün Cəbrayılın küçələrində yeni binaların ucaldılması,
məktəblərin və sosial obyektlərin tikilməsi, yolların salınması, enerji və istehsal layihələrinin
həyata keçirilməsi tariximizin yeni səhifəsini yazır. Cəbrayıl şəhərində yeni yaşayış
komplekslərinin inşası, rayon kəndlərinin mərhələli şəkildə bərpası və keçmiş məcburi
köçkünlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış siyasətinin praktiki nəticələrindəndir.
Cəbrayılın bərpası həm də tarixi ədalətin və milli iradənin ifadəsidir. İşğal illərində dağıdılmış
ərazilər bu gün yenidən qurulur, vaxtilə həyatın məhv edildiyi məkanlarda yeni həyat yaranır.
Erməni vandalizminin izləri isə tarixi unutmaq üçün deyil, gələcək nəsillərə sülhün,
təhlükəsizliyin və dövlət müstəqilliyinin əhəmiyyətini anlatmaq üçün qorunmalı və
sənədləşdirilməlidir. İnanırıq ki, Cəbrayıl yaxın gələcəkdə müasir infrastrukturu, inkişaf etmiş
iqtisadiyyatı, abad yaşayış məntəqələri və doğma yurduna qayıdan insanları ilə Azərbaycanın
ən gözəl bölgələrindən birinə çevriləcək. Bu prosesdə dövlətin həyata keçirdiyi ardıcıl bərpa
siyasəti, insanların öz torpaqlarına bağlılığı və quruculuq əzmi mühüm rol oynayır. Cəbrayılın
dirçəlişi bir daha göstərir ki, dağıntının yerini quruculuq, məcburi köçkünlüyün yerini Böyük
Qayıdış, ümidsizliyin yerini isə gələcəyə inam tutur.
Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31