Cəbrayılın azadlığı Azərbaycan Zəfərinin parlaq səhifəsidir
05.10.2026 [11:06]
4 Oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycan xalqının yaddaşında böyük qürur və tarixi əhəmiyyət daşıyan günlərdən biridir. Bu əlamətdar tarix 2020-ci ildə Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində əldə edilmiş mühüm Zəfərlərdən birini özündə əks etdirir. Cəbrayılın azad olunması xalqımızın illərlə yaşatdığı böyük qayıdış arzusunun gerçəkləşməsinin başlanğıcını qoyan mühüm hadisələrdən biri oldu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək mühüm strateji yüksəklikləri və yaşayış məntəqələrini işğaldan azad etməyə başladı. Oktyabrın 4-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin azad edilməsi barədə Azərbaycan xalqına tarixi müjdə verdi. Bu xəbər ölkəmizin hər yerində böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Cəbrayılın azad edilməsi Vətən müharibəsində Azərbaycanın hərbi üstünlüyünün mühüm göstəricilərindən biri olmaqla yanaşı, qarşıdakı böyük qələbələr üçün ciddi mənəvi və strateji əhəmiyyət kəsb edirdi.
Cəbrayıl uğrunda gedən döyüşlər Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığını, yüksək döyüş hazırlığını və Vətənə sonsuz bağlılığını bir daha nümayiş etdirdi. Bu tarixi qələbənin əldə olunmasında canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Qazilərimizin döyüş meydanında göstərdiyi şücaət və fədakarlıq isə Azərbaycanın Zəfər salnaməsinin ayrılmaz hissəsidir.
Cəbrayılın işğaldan azad edilməsi yalnız hərbi qələbə deyil, həm də tarixi torpaqlarımıza qayıdışın başlanğıcı idi. İşğal dövründə rayonun şəhər və kəndləri dağıdılmış, tarixi-mədəni irsimizə ciddi ziyan vurulmuş, əhalinin doğma yurdlarından məcburi köçkün düşməsinə səbəb olmuşdu. Bu gün isə Cəbrayıl yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində şəhərin və rayonun müasir tələblərə uyğun şəkildə yenidən qurulması istiqamətində mühüm addımlar atılır.
İşğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji və kommunal sistemlərin qurulması, sosial obyektlərin yaradılması, yaşayış məhəllələrinin salınması Böyük Qayıdış proqramının mühüm istiqamətlərini təşkil edir. Cəbrayılın yenidən qurulması doğma torpaqlarından uzun illər ayrı düşmüş insanların öz yurdlarına qayıdışına möhkəm zəmin yaradır. Bu proses həm də Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafına və regionda yeni iqtisadi imkanların formalaşmasına xidmət edir.
Cəbrayıl şəhəri günü Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və milli iradəsinin sarsılmazlığını bir daha nümayiş etdirən tarixi hadisələri xatırlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün biz həm böyük Zəfərimizin sevincini yaşayır, həm də həmin qələbənin əldə olunması naminə həyatını fəda edən qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad edirik.
4 Oktyabr Cəbrayılın azadlıq günüdür. Bu tarix Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, Cəbrayılın dirçəlişi və yenidən qurulması isə gələcək nəsillərə dövlətimizin qüdrətini və xalqımızın Vətənə bağlılığını nümayiş etdirən mühüm tarixi nümunə olacaq. Cəbrayılın azadlığı Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin şanlı səhifələrindən biri kimi daim xatırlanacaq.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatı
Xəbər lenti
Hamısına baxElm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27

