Məktəbdə vahid geyim yanaşması: bərabərlik və intizam
13.10.2026 [12:14]
Təhsil cəmiyyətin gələcəyini formalaşdıran, milli-mənəvi dəyərlərin qorunmasına, sağlam düşüncəli və məsuliyyətli nəslin yetişdirilməsinə xidmət edən mühüm sahədir. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində sağlam təhsil mühitinin yaradılması, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi və vahid davranış mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tələblər də məhz bu məqsədlərə xidmət edən mühüm istiqamətlərdən biridir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında toxunduğu ideoloji təhlükəsizlik məsələləri milli dəyərlərin qorunmasının, gənc nəslin düzgün istiqamətdə formalaşdırılmasının və cəmiyyətin mənəvi əsaslarının möhkəmləndirilməsinin vacibliyini ön plana çəkir. Bu yanaşma təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr qoyur. Məktəb yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, eyni zamanda uşaqların sosiallaşdığı, kollektivə uyğunlaşdığı, qarşılıqlı hörmət və məsuliyyət prinsiplərini mənimsədiyi mühüm sosial institutdur.
Təhsilalanların vahid geyim tələbləri məktəbdə bərabərliyin, nizam-intizamın və kollektivə aidlik hissinin gücləndirilməsinə xidmət edir. Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formasına dair yanaşmanın tətbiqi şagirdlərdə məktəb kimliyinin formalaşmasına, ümumi qaydalara hörmət və məsuliyyət hissinin inkişafına müsbət təsir göstərir. Eyni zamanda vahid məktəbli forması geyimin qiyməti, dəbə uyğunluğu və tez-tez dəyişdirilməsi ilə bağlı sosial müqayisələri azaltmağa, sosial-iqtisadi fərqlərdən qaynaqlanan ayrı-seçkilik risklərini minimuma endirməyə imkan yaradır. Bu, təkcə xarici görünüşlə bağlı məsələ deyil, həm də uşaqların sağlam sosial mühitdə böyüməsi və kollektivə uğurlu inteqrasiyası baxımından əhəmiyyətlidir. Məktəbli formasına dair müəyyən edilmiş tələblərə əməl olunması şagirdlərin və valideynlərin məktəbdaxili qaydalara məsuliyyətli münasibətinin göstəricisidir.
Təhsilverənlərin geyimi ilə bağlı tələblər isə məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına, vahid yanaşmanın təmin edilməsinə və peşəkar təhsil mühitinin möhkəmləndirilməsinə yönəlib. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün müəyyən edilən geyim qaydaları müəllimin pedaqoji fəaliyyətinə, təhsil müəssisəsinin təşkilati dəyərlərinə və işgüzar ünsiyyət normalarına uyğun görünüşünü təmin etməyi hədəfləyir. Müəllimin sadə, səliqəli və işgüzar üslubda geyinməsi onun peşəkar mövqeyini ifadə etməklə yanaşı, məktəbin ictimai nüfuzunun güclənməsinə də töhfə verir.
Müəllim şagirdlər üçün yalnız bilik mənbəyi deyil, həm də davranış mədəniyyəti və peşəkar ünsiyyət baxımından nümunədir. Bu səbəbdən təhsilverənin geyimi onun gündəlik fəaliyyətinə mane olmamalı, tədris prosesinin səmərəliliyinə xələl gətirməməli və şagirdlərin diqqətini dərsdən yayındırmamalıdır. İşgüzar geyim yanaşması müəllim kollektivində komanda ruhunun, qarşılıqlı hörmətin və korporativ həmrəyliyin möhkəmlənməsinə, məktəbdə vahid təşkilati mədəniyyətin formalaşmasına şərait yaradır. Şagirdlər üçün müəyyən edilmiş geyim qaydaları ilə müəllimlərin işgüzar geyim tələblərinin uzlaşdırılması isə məktəbin ümumi nizam-intizam və idarəetmə mədəniyyətini tamamlayır.
Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tələblər məktəbdə intizamın, məsuliyyətin, bərabərliyin və peşəkarlığın təşviqinə xidmət edir. Bu qaydalara ardıcıl əməl olunması təhsil prosesinə ciddi münasibətin formalaşmasına, müəllim-şagird-valideyn münasibətlərində qarşılıqlı hörmətin güclənməsinə və sağlam məktəb mühitinin qorunmasına töhfə verir. Geyim mədəniyyəti təhsilin əsas məqsədlərini əvəz etməsə də, həmin məqsədlərə xidmət edən təşkilati və tərbiyəvi vasitələrdən biri kimi məktəb həyatında mühüm yer tutur.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

