Məktəb yalnız təhsil deyil, dünyagörüşünün formalaşdığı mühüm ictimai məkandır
13.10.2026 [14:11]
Dünyəvi təhsil sistemi müxtəlif kənar ideoloji təsir imkanlarından, dünyəvilik prinsipi ilə bir araya sığmayan atributlardan, simvolikadan, habelə milli-mənəvi dəyərlərimizə, etik normalara zidd geyim, davranış formalarından azad olmalı və savadlı, tərbiyəli, vətənpərvər gənc nəslin formalaşmasında əsas faktorlardan biri olmalıdır. Məktəblərdə vahid məktəbli geyim formasının tətbiqi dini ayrı-seçkilik deyil, təhsilin dünyəvi xarakterinin və şagirdlər arasında bərabərliyin qorunmasına xidmət edir. Məktəb uşaqların sosial status, ailənin dini baxışları və maddi imkanlarından asılı olmayaraq, özlərini bərabər hiss etdikləri məkandır. Vahid məktəbli forması bu baxımdan sosial bərabərlik funksiyası daşıyır. Məktəb cəmiyyətin gələcəyini formalaşdıran, gənc nəslə yalnız bilik deyil, həm də bərabərlik, məsuliyyət və qarşılıqlı hörmət kimi mühüm dəyərlər aşılayan təhsil və tərbiyə ocağıdır. Burada uşaqlar oxumağı, yazmağı, düşünməyi öyrənməklə yanaşı, birgə yaşamağın, qarşılıqlı hörmətin, məsuliyyətin və nizam-intizamın əsaslarını mənimsəyirlər. Bu baxımdan məktəb mühitində tətbiq olunan hər bir qayda müəyyən pedaqoji və sosial məqsədə xidmət etməlidir. Vahid məktəbli geyimi də həmin prinsiplərdən biridir. Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Bu, yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir. Məktəb yalnız təhsil deyil, dünyagörüşünün formalaşdığı mühüm ictimai məkandır. Buna görə məktəb mühitində hər hansı dini ideologiyanın uşaqlar üzərində təsiri dünyəvi prinsiplərlə ziddiyyət təşkil edir. Bu baxımdan məktəblərdə dini həyat tərzinin təlqin edilməsi yolverilməzdir. Uşağın seçim azadlığı ilə valideynin dini tərbiyə hüququ arasında balans qorunmalıdır. Valideynin uşağını öz dini dəyərlərinə uyğun böyütmək hüququ var, lakin bu ölkə Konstitusiyası, qanunlarla, dünyəvi, demokratik, hüquqi prinsiplərlə ziddiyyət təşkil etməməlidir. Məktəb yaşında yalnız qız uşaqlarının müəyyən dini geyim normalarına tabe etdirilməsi onların sosiallaşmasına, gender rolları haqqında təsəvvürlərinə və həmyaşıdları ilə münasibətlərinə ciddi təsir göstərir. Baş örtüsü (hicab) uşağın dini kimliyinin göstəricisinə çevrildikdə, uşaq özünü digər şagirdlərdən fərqli qrupun, yad və kənar sistemin mənsubu kimi qavramağa başlayır. Bu mühüm məqam da xüsusi qeyd edilməlidir ki, cəmiyyətin sosial və iqtisadi baxımdan müxtəlif təbəqələrə ayrılması uşaqların gündəlik həyatında da müəyyən fərqlər yaradır. Ailələrin maddi imkanları, yaşayış şəraiti, geyim seçimləri və istehlak vərdişləri bir-birindən fərqlənir. Lakin məktəb elə bir məkan olmalıdır ki, bu fərqlər uşaqların özlərini dəyərləndirməsinə, sinif yoldaşları ilə münasibətlərinə və təhsil imkanlarına mənfi təsir göstərməsin. Hər bir şagird ailəsinin maddi vəziyyətindən, sosial mənsubiyyətindən, etnik və dini mənşəyindən asılı olmayaraq məktəbdə özünü bərabərhüquqlu hiss etməlidir. Vahid məktəbli geyiminin əsas üstünlüklərindən biri də məhz bu prinsipin möhkəmləndirilməsinə xidmət etməsidir. Vahid yanaşmaya uyğun geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edir. Müəllimlərin işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna müsbət təsir göstərir. Vahid yanaşmaya uyğun geyim məktəbin ümumi idarəçilik fəlsəfəsinin və təşkilati dəyərlərinin vizual ifadəsinə çevrilir. Bu, müəllim kollektivində komanda ruhunun və korporativ həmrəyliyin güclənməsinə xidmət edir. Müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır. Eyni məktəbdə təhsil alan şagirdlərin ortaq geyim standartına əməl etməsi onların vahid təhsil mühitinin üzvü olduqlarını nümayiş etdirir. Bu, şagirdlər arasında birlik və həmrəylik hissinin möhkəmlənməsinə kömək edir. Vahid məktəbli geyimi ümumi, neytral və inklüziv məktəb mühitinin formalaşdırılmasına xidmət edən vasitələrdən biri kimi dəyərləndirilə bilər. Burada əsas məqsəd uşaqların hər biri üçün bərabər və qarşılıqlı hörmətə əsaslanan təhsil şəraiti yaratmaqdır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

