Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın VIII Qurultayının qarşıya qoyduğu yeni hədəflər müzakirə edilib

YAP-ın VIII Qurultayının qarşıya qoyduğu yeni hədəflər müzakirə edilib

13.10.2026 [16:45]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Gəncə şəhər təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər və görüşlər davam etdirilir.

YAP Gəncə şəhər təşkilatının 35 saylı (1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi) və 49 saylı (Gəncə şəhər Birləşmiş Xəstəxanalar PHŞ) ərazi partiya təşkilatlarında keçirilən tədbirlərdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə qurultayda səsləndirilən fikirlər, partiyanın qarşısında duran vəzifələr, təşkilati fəaliyyətin gücləndirilməsi, gənclərlə işin təşkili və ictimai-siyasi proseslərdə partiya üzvlərinin iştirakı ilə bağlı məsələlər haqqında müzakirələr aparılıb.

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn məsələlərin əhəmiyyətinə toxunub, partiya təşkilatlarının qarşısında duran vəzifələri, partiya üzvlərinin fəallığının artırılması və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi istiqamətində görüləcək işlərdən söz açıb.

Ramil Qasımov, Hacınəbi Əhməd, Natavan Məmmədova, Səbuhi Həsənov, Günay Tağıyeva və digər natiqlər çıxışlarında Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərini, ölkəmizin inkişaf prioritetlərini, partiyanın cəmiyyətdəki rolu və vətəndaşlarla işin səmərəli təşkili məsələlərini önə çəkiblər. Qeyd edilib ki,VIII Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və müəyyənləşdirdiyi strateji istiqamətlər partiyanın bütün yerli təşkilatları üçün mühüm fəaliyyət proqramıdır. Bu qərarların mahiyyətinin dərindən öyrənilməsi, partiya üzvlərinə çatdırılması və gündəlik iş prosesində rəhbər tutulması xüsusi əhəmiyyət daşıyır.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himni səsləndirilməsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31