Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / ADPU-nun Nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müşavirə keçirilib

ADPU-nun Nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müşavirə keçirilib

13.10.2026 [18:54]

Oktyabrın 13-də “İnşaatçılar pr. 45” ünvanı üzrə (Azərbaycan Dövlət Pedaqoji Kolleci) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli çıxışının dərin ideoloji-siyasi əhəmiyyəti, müasir pedaqoji kadrların yetişdirilməsində partiya ideologiyasının rolu və gələcək hədəflər barədə geniş məruzə ilə çıxış edib.

Bəxtiyar Nəbiyev vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ölkəmizin tərəqqisinin, siyasi sabitliyinin və böyük Zəfərlərinin əsas təminatçısı olmuşdur. Ulu Öndərin siyasi xəttini uzaqgörənliklə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional və qlobal miqyasda qüdrətli dövlətə çevrilmişdir. Bu tarixi nailiyyətlər partiyamızın strateji kursunun və xalq-iqtidar birliyinin sarsılmaz təntənəsidir.

B.Nəbiyev diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar və dövlət başçısının verdiyi tapşırıqlar təhsil müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının üzərinə müstəsna məsuliyyət qoyur. Müəllimlik peşəsi cəmiyyətin gələcəyini şərtləndirən ən müqəddəs sahələrdən biridir. Gənc nəsildə milli ruhun, vətənpərvərlik hiss olunmasının və dövlətçilik ideallarına sədaqətin formalaşmasında pedaqoji kollektivlərin və gələcək pedaqoqların müstəsna rolu vardır. Postmüharibə dövrünün gətirdiyi yeni reallıqlar fonunda ideoloji maarifləndirmə işi daha müasir və çevik üsullarla aparılmalı, fəal gənclər partiya həyatına daha sıx inteqrasiya olunmalıdırlar. Bəxtiyar Nəbiyev çıxışının sonunda ərazi partiya təşkilatının üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin tədbir iştirakçılarını salamlayaraq keçirilən müşavirənin təhsil müəssisəsinin ictimai-ideoloji həyatında böyük rol oynadığını bildirib. A.Sezgin vurğulayıb ki, cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı konseptual nitqi hər bir təhsil işçisi üçün gələcək fəaliyyətdə yol xəritəsidir. O qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin əsas missiyası savadlı, geniş dünyagörüşlü, milli-mənəvi dəyərlərə sahib və dövlətinə sadiq ibtidai sinif və məktəbəqədər təhsil müəllimləri yetişdirməkdir. Kollecin pedaqoji heyəti dövlət başçısının təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğını hər zaman hiss edir və bu etimadı praktiki fəaliyyəti ilə daha da doğruldacaqlarını bildirib.

Çıxış edənlər Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor müavini Sevda Axundova və kollecin müəllimi Nailə Zalıyeva ərazi partiya təşkilatında aparılan ideoloji-maarifləndirmə işləri, gənc tələbələrin və müəllimlərin partiya sıralarına qoşulması və kollektivdəki yüksək həmrəylik mühitindən danışıblar. Çıxış edənlər qeyd ediblər ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən təhsil islahatları pedaqoqları daha şövqlə çalışmağa həvəsləndirir. Onlar YAP-ın VIII Qurultayından irəli gələn prioritetləri öz gündəlik pedaqoji və ictimai fəaliyyətlərində əsas rəhbər tutacaqlarını bəyan ediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31