Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti görüşlər keçirilib

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti görüşlər keçirilib

13.10.2026 [20:06]


Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir.

Bakıxanov qəsəbəsi, “Seyid Şuşinski küçəsi 6” (5 saylı Birləşmiş Uşaq Yoluxucu Xəstəliklər xəstəxanası), Maştağa qəsəbəsi, “Axund Şeyx Hüseyn küçəsi 155” (Respublika Psixatriya xəstəxanası), Maştağa qəsəbəsi, “Seyid İbad Ağa küçəsi 67” (Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin yeni siyasi mərhələdə qarşıda duran prioritetləri müəyyənləşdirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, VIII Qurultayda səslənən fikirlər, qarşıya qoyulan məqsəd və hədəflər yeni dövrün çağırışlarına əsaslanır. Bu baxımdan qurultay ölkəmizin iqtisadi, sosial inkişafının daha da sürətləndirilməsi ilə yanaşı partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə əsasən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Çıxış edənlər partiya üzvlərinin ictimai fəallığının artırılması, əhali ilə əlaqələrin genişləndirilməsi və dövlətin daha da inkişaf etməsinə xidmət edə biləcək ideyaların və təşəbbüslərin irəli sürülməsi və reallaşması üçün mühüm addımların atılması, işlərin görülməsinin vacibliyini qeyd ediblər. Həmçinin, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31