Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bakıdan ASEAN Məkanına Uzanan Strateji Körpü: Azərbaycan-Kamboca Münasibətlərinin Geopolitik Üfüqləri

Bakıdan ASEAN Məkanına Uzanan Strateji Körpü: Azərbaycan-Kamboca Münasibətlərinin Geopolitik Üfüqləri

13.10.2026 [16:07]

Müasir dünyada baş verən qlobal geostrateji dəyişikliklər dövlətlərin xarici siyasətində tərəfdaşlıq coğrafiyasının şaxələndirilməsini ön plana çıxarır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu diplomatik xətt prioritet regionlarla yanaşı, dinamik inkişaf edən yeni güc mərkəzləri ilə də sistemli əlaqələrin qurulmasını təmin edir. Bu baxımdan, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) nüfuzlu üzvlərindən biri olan Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana işgüzar səfəri və Bakıda keçirilən ali səviyyəli danışıqlar ikitərəfli münasibətlər tarixində yeni, strateji bir mərhələnin təməlini qoymuşdur.

İki ölkə arasında diplomatik dialoqun əsası 12 il əvvəl – Kambocanın sabiq Baş naziri Hun Senin Bakıya səfəri zamanı atılmışdır. Baş nazir Hun Manetin hazırkı səfəri isə bu əlaqələrin varislik prinsiplərinə söykəndiyini və tərəflərin uzunmüddətli əməkdaşlıqda qətiyyətli olduğunu nümayiş etdirir. Beynəlxalq platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində hər iki dövlətin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsi siyasi etimadın ən möhkəm dayağıdır. İkili standartlara qarşı ortaq mövqedən çıxış edən Bakı və Pnompen beynəlxalq hüququn aliliyini öz diplomatik xətlərinin əsas prinsipi kimi qoruyub saxlayırlar.

Səfər çərçivəsində əldə olunmuş praktiki razılaşmalar ikitərəfli iqtisadi potensialın reallaşdırılmasına güclü təkan verir. Mübadilə edilən “Ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi” və xüsusi İşçi Qrupunun yaradılması ticarət dövriyyəsinin kəskin şəkildə artırılmasına xidmət edəcəkdir. Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı müasir nəqliyyat-logistika infrastrukturu, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Kamboca biznesi üçün Mərkəzi Osiyaya və Avropaya çıxış imkanı yaradır. Öz növbəsində, Kambocanın iqtisadi imkanları Azərbaycan şirkətləri üçün böyük istehlak bazasına malik ASEAN regionuna daxil olmaq üçün strateji pəncərə rolunu oynayır.

Münasibətlərin ən unikal və humanist tərəfi isə hər iki xalqın üzləşdiyi torpaqların minalarla çirklənməsi fəlakətinə qarşı birgə mübarizəsidir. Minaların təmizlənməsi sahəsində böyük beynəlxalq təcrübəyə malik Kamboca ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda dünyanın ən qabaqcıl texnologiyalarını tətbiq edən Azərbaycanın təcrübə mübadiləsi aparması müstəsna əhəmiyyət daşıyır. Birgə təlimlər və mütəxəssis hazırlığı ilə yanaşı, hər iki dövlətin mina təhlükəsizliyini qlobal müstəvidə – BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri sırasında görmək təşəbbüsü bu tərəfdaşlığın beynəlxalq miqyasını göstərir.

Liderlərin görüşündə Azərbaycanın postmünaqişə dövründə Qarabağda həyata keçirdiyi sürətli bərpa-quruculuq işləri və "Böyük Qayıdış" Proqramının töhfələri də diqqətə çatdırılmışdır. 100 minə yaxın sakinin öz baba yurdlarında təhlükəsiz yaşamasının təmin olunması Cənub-Şərqi Asiya regionunda Azərbaycanın yaratdığı sülh və inkişaf reallıqlarının düzgün qiymətləndirilməsinə zəmin yaradır. Yekun olaraq, Bakı görüşü göstərir ki, Azərbaycan və Kamboca coğrafi uzaqlıqları aşaraq Qlobal Cənub çərçivəsində bərabərhüquqlu, etibarlı və gələcəyə hesablanmış nümunəvi bir tərəfdaşlıq modeli formalaşdırırlar.

Münəvvər İsmayıllı

YAP Odubad rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31