Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Beyləqan rayon təşkilatı tərəfindən Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı tədbir keçirilib

YAP Beyləqan rayon təşkilatı tərəfindən Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı tədbir keçirilib

13.10.2026 [17:09]

13 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Beyləqan şəhər 2 saylı”  Ərazi partiya təşkilatında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin müasir siyasi tarixində mühüm dönüş mərhələsinə təsadüf etməsi və Azərbaycanın yeni reallıqlar şəraitində qarşısında dayanan strateji vəzifələri müəyyənləşdirməsi baxımından diqqətəlayiqdir. Qurultayın keçirildiyi dövr Azərbaycan dövlətinin gücünün, milli həmrəyliyin və müstəqil siyasi kursun tarixi nəticələrinin daha aydın şəkildə ortaya çıxdığı bir mərhələdir. Bu qurultay ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilir. Məhz bu amil VIII Qurultayın siyasi və tarixi əhəmiyyətini daha da artırır.

Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələr sırasında ideoloji fəaliyyətin gücləndirilməsi də xüsusi yer tutur. Partiyanın fəalları Azərbaycanın reallıqlarının, əldə olunan uğurların və həyata keçirilən dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılmasında mühüm rol oynayırlar. İnformasiya müharibəsinin getdikcə daha böyük əhəmiyyət qazandığı müasir dövrdə Azərbaycanın uğurlarının beynəlxalq və daxili ictimaiyyətə obyektiv şəkildə təqdim olunması mühüm siyasi və ideoloji vəzifədir. YAP-ın çoxsaylı üzvləri və fəalları bu prosesdə dövlət siyasətinin ictimai dayaqlarının möhkəmləndirilməsinə töhfə verirlər.

VIII Qurultayda Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin dəyişməz qalması ilə bağlı fikirlər də bu ardıcıllığı göstərir. Taktiki və strateji məqsədlər zamanın tələblərinə uyğun dəyişə bilər, lakin müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə kimi əsas istiqamətlər qorunur.  

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin yeni tarixi şəraitdə konkret nəticələrə çevrilməsi siyasi varisliyin praktik ifadəsidir. Beləliklə, YAP-ın VIII Qurultayı yalnız partiyanın təşkilati həyatında növbəti mərhələ deyil, həm də Azərbaycanın keçdiyi tarixi yolun nəticələrinə nəzər salmaq və qarşıdakı hədəfləri müəyyənləşdirmək baxımından mühüm hadisədir.

Tədbirdə Aran Regional Enerji Təchizatı Satışı İdarəsinin Beyləqan Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinov,  “Beyləqan şəhər 2 saylı” Ərazi partiya təşkilatının sədri Elçin Fətəliyev, Beyləqan Elektrik Şəbəkəsinin əməkdaşı, Şəhid atası Aydın Quliyev çıxış edərək bildirdilər ki, VIII Qurultayın əvvəlki qurultaylardan fərqləndirən əsas xüsusiyyətlərindən biri Azərbaycanın artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi reallıqda keçirilməsidir. 2020-ci ildəki Zəfərdən sonra yaranan reallıqların bu gün beynəlxalq səviyyədə qəbul edilməsi Azərbaycanın keçdiyi yolun miqyasını göstərir.  Bu yolun ən mühüm nəticələrindən biri 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunmasıdır.  44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı. Müharibə zamanı ölkəyə müxtəlif istiqamətlərdən təzyiqlər göstərilsə də, Azərbaycan öz yolundan dönmədi. Dövlət-xalq birliyi bu sınağın ən mühüm dayaqlarından biri oldu. 8 Noyabr – Zəfər Günü ilə yanaşı, 20 Sentyabr da Azərbaycanın müasir tarixində xüsusi yer tutur. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra separatizmə son qoyuldu, Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edildi.  Məhz bu baxımdan VIII Qurultay yalnız Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi siyasi toplantı olmaqla yanaşı həm də Azərbaycanın keçdiyi Zəfər yolunun siyasi nəticələrinin qiymətləndirilməsi və qarşıdakı strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır.

Paylaş:
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31