/ / YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib
YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib
13.10.2026 [19:37]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “F.X.Xoyski küçəsi 78” və “Ə.Əliyev küçəsi 269” ünvanları üzrə Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, təşkilatın əməkdaşları, Ərazi Partiya Təşkilatının sədri və partiya üzvlərinin iştirak etdiyi görüşlərdə Prezident İlham Əliyevin qurultaydakı çıxışının siyasi əhəmiyyəti, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, ölkəmizin gələcək inkişaf prioritetləri və partiya üzvlərinin qarşısında duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, beynəlxalq mövqelərinin möhkəmlənməsi, iqtisadi potensialının artması və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin uğurlu inkişaf strategiyasının nəticəsidir.
Tədbirdə Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan ideoloji təhlükəsizlik məsələsinə də diqqət yetirilib. Bildirilib ki, müasir dövrdə informasiya təxribatlarına qarşı mübarizə, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də cəmiyyətin düzgün məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə partiya fəallarının üzərinə mühüm məsuliyyət düşür.
Eyni zamanda, ölkəmizin iqtisadi inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, hərbi qüdrətin möhkəmləndirilməsi və Böyük Qayıdış prosesinin sürətləndirilməsi qarşıda duran əsas strateji vəzifələr kimi dəyərləndirilib.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının üzvləri Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini verməli, fəaliyyətlərində müasir yanaşmalara üstünlük verməli, cəmiyyətlə əlaqələri gücləndirməli və ölkədə baş verən müsbət dəyişikliklərin ictimaiyyətə çatdırılmasında fəal iştirak etməlidirlər.
Tədbir qarşıya qoyulan vəzifələrin icrasında partiya üzvlərinin fəallığının artırılması, dövlətçilik prinsiplərinin və milli həmrəyliyin möhkəmləndirilməsinin vacibliyi ətrafında müzakirələrlə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

