Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Quba rayon təşkilatının Bakı-Quba magistralının 4-cü kilometrində yerləşən ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş müşavirə keçirilib

YAP Quba rayon təşkilatının Bakı-Quba magistralının 4-cü kilometrində yerləşən ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş müşavirə keçirilib

19.10.2026 [13:41]

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının Bakı-Quba magistralının 4-cü kilometrində yerləşən (Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi) ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətindən, qurultayda qarşıya qoyulan vəzifələrdən və partiyanın gələcək fəaliyyət istiqamətlərindən bəhs edib. O, partiya üzvlərinin üzərinə düşən vəzifələri diqqətə çatdıraraq qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində fəallığın və məsuliyyətin vacibliyini vurğulayıb.

Daha sonra Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova çıxış edərək VIII Qurultayın əhəmiyyətindən, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından və partiya üzvlərinin qarşısında duran vəzifələrdən danışıb.

Çıxış edən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri, ərazi partiya təşkilatının sədri Mənsur Ağayev çıxış edərək qurultayın qərar və tövsiyələrinin icrası, partiya üzvlərinin fəaliyyətinin daha da gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüb.

Sonda qurultaydan irəli gələn vəzifələrin yerinə yetirilməsi, ərazi partiya təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, partiya üzvləri arasında həmrəyliyin gücləndirilməsi və gənclərin təşəbbüskarlığının dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31