YAP Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında iclaslar keçirildi
19.10.2026 [13:43]
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Çalburun, Düzyurd və Səbətkeçməz kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı iclaslar keçirildi.
İclaslarda çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev bildirdi ki, “Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixinin mühüm siyasi hadisələrindən biridir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya ölkəmizin dövlətçilik tarixində əvəzsiz rol oynayıb. Partiyanın keçdiyi tarixi yol Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və ölkənin davamlı inkişafı ilə sıx bağlıdır.
Qeyd olundu ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutur və ölkəmizin inkişafına öz töhfəsini verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq nüfuzunu daha da artırıb, dövlətimizin qüdrəti və xalqımızın rifahı yüksəlib.
İclaslarda, həmçinin Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfərdən, 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından bəhs edildi. Bu tarixi nailiyyətlərin xalqımızın birliyinin, milli iradəsinin və güclü dövlətçilik siyasətinin təntənəsi olduğu vurğulandı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin ölkəmizin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı bildirildi.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin qorunması və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi məsələlərinə də toxunuldu. Müasir dövrdə ideoloji işin gücləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının, xüsusilə gənclərin dövlətçilik prinsiplərinə sadiqlik ruhunda maarifləndirilməsinin vacibliyi qeyd edildi.
Bununla yanaşı, Azərbaycanın müstəqil xarici siyasətinin uğurları, beynəlxalq əlaqələrinin genişlənməsi və milli maraqlarının qətiyyətlə müdafiə olunması diqqətə çatdırıldı. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin inkişafına, cəmiyyətin siyasi fəallığının artırılmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə bundan sonra da öz töhfələrini verməlidirlər.
Sonda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin yerli təşkilatlar və ərazi partiya təşkilatları səviyyəsində ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulandı”.
Xəbər lenti
Hamısına baxSosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Mədəniyyət
18 Oktyabr 08:13
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57

