Kəlbəcərlilərin seçimi Cavid Qurbanovdur
13.10.2015 [09:36]
YAP-ın 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə Milli Məclis üzvlüyünə namizədi Cavid Qurbanovun təbliğat-təşviqat kampanıyasına start verilib
Yeni Azərbaycan Partiyasından (YAP) 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə Milli Məclis üzvlüyünə namizəd Qurbanov Cavid Qənbər oğlunun təbliğat-təşviqat kampanıyasına start verilib. Kampaniya çərçivəsində oktyabrın 9-da Gənçə şəhəri Gülüstan qəsəbəsində, oktyabrın 10-da isə Gənçə şəhər Kəpəz rayonunda 600 evlik qəsəbədə və Yevlax şəhər Malbinəsi kəndində kəlbəcərli seçicilərlə görüş keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov noyabrın 1-də keçiriləcək parlament seçkiləri barədə ətraflı məlumat verib. Rayon təşkiatının sədri həmçinin “2005-ci və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə biz YAP-ın namizədi Cavid Qurbanovun təbliğat-təşviqat kampanıyasını aparmışıq. Yenə də bu missiyanı həyata keçiririk və inanırıq ki, əvvəlki seçkilərdə olduğu kimi noyabrın 1-də də kəlbəcərli seçicilər öz layiqli namizədlərinə - Cavid Qurbanova səs verəcəklər” deyib.
Sonra “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov YAP-ın 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə Milli Məclis üzvlüyünə namizədi Cavid Qurbanovun Kəlbəcər ictimaiyyətinə müraciətini oxuyub.
Respublika Ağsaqqallar Şurasının üzvü, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədri Qənbər Qurbanov isə Kəlbəcər rayon ictimaiyyəti, ağsaqqalları, ziyalıları, gəncləri, Dədə Şəmşir ocağının ailə üzvləri və şəxsən öz adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə və YAP-ın İdarə Heyətinə yenidən Cavid Qurbanovun namizədliyini irəli sürdükləri üçün minnətdarlığını bildirib.
Seçicilər qarşısında çıxış edən professor Şahlar Əsgərov YAP-ın hər zaman dövlətçiliyimizin keşiyində dayandığını bildirib. Ş.Əsgərov, həmçinin qarşıdan gələn parlament seçkilərində partiyanın namizədlərinin uğuruna inandığını deyib: “YAP xalqın partiyasıdır. 660 mindən çox üzvü olan bu təşkilatın sıralarında Azərbaycanın nüfuzlu ziyalıları, vətəndaşları təmsil olunur. İnanıram ki, kəlbəcərli seçicilər bir nəfər kimi qarşıdan gələn seçki prosesində də aktiv iştirak edəcək və yenidən layiqli namizədlərinə - Cavid Qurbanova səs verəcəklər”.
Sonra professor Şirindil Alışanov, şair-publisist Adil Cəmil, Əməkdar müəllim, şəhid atası Mirsəyyaf Zamanlı, seçicilərdən Surxay Səlimov, Saday Musayev, Gözəl Məmmədova və digərləri çıxış edərək Cavid Qurbanova səs verəcəklərini bildiriblər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03

