Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir, dəstəklənir
14.10.2015 [10:43]
YAP-ın 81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədi Şahin İsmayılovun rayonun Təzəkənd, Allahyarlı kəndlərində və Bolsulu qəsəbəsində seçicilərlə görüşü olub
Noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən kampaniya çərçivəsində YAP-ın 81 saylı Beyləqan Seçki Dairəsindən parlament üzvlüyünə namizədi Şahin İsmayılovun rayonun rayonunun Təzəkənd, Allahyarlı kəndlərində və Bolsulu qəsəbəsində seçicilərlə görüşləri olub.
Görüşləri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev deyib ki, YAP seçkilərə start verilən gündən etibarən bütün zəruri seçki hərəkətlərini Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq şəkildə və yüksək mütəşəkkilliklə həyata keçirib.
Sonra namizədin tərcümeyi-halı barədə məlumat verən R.Pəsiyev Ş.İsmayılovun dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətindəki fəaliyyətindən də geniş bəhs edib. Beyləqanlı seçiciləri seçkilərdə fəal olmağa səsləyən natiq əmin olduğunu bildirib ki, xalqımız Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək və noyabrın 1-də seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verəcək.
Seçicilər qarşısındakı çıxışına ölkəmizdə həyata keçirilən quruculuq siyasəti barədə məlumat verməklə başlayan Şahin İsmayılov deyib ki, Azərbaycanın regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan Dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
“Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir, dəstəklənir”, - deyən natiq partiyamızın bu seçkilərdə də qələbə qazanacağına əmin olduğunu bildirib.
Görüşlərdə, həmçinin, Təzəkənd kəndinin sakini Dilarə Hüseynova, kənd ağsaqqalı, şəhid atası Məhəddin Əzizov, Allahyarlı kəndin sakini Həmzə Aslanov, Bolsulu qəsəbəsinin sakini Səmayə Əliyeva və başqaları çıxış edərək, Beyləqan seçicilərinin ölkəmizin, o cümlədən rayonumuzun inkişafının davamlı olması üçün YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30

