Abşeron rayonunda iftar süfrəsi açılıb
14.06.2017 [10:02]
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı tərəfindən rayonda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb. Mərasimdə YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, təşkilatın İdarə Heyətinin üzvləri və Abşeron rayonundan olan aztəminatlı ailələrin nümayəndələri iştirak ediblər.
İftar süfrəsi müqəddəs Qurani-Kərimdən ayələrin, duaların oxunması və Ramazan ayına aid müxtəlif dini maarifləndirici məlumatların çatdırılması ilə başlanıb.
Ramazan ayının insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşıladığını deyən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev onu da qeyd edib ki, Azərbaycan xalqı öz dininə, tarixi kökünə, milli-mənəvi dəyərlərinə sadiq bir xalqdır. Bu baxımdan xalqımız İslam dininin vacib və çox əhəmiyyətli hissəsini təşkil edən Ramazan ayı ərzində oruc tutaraq, öz dininə ən yüksək inancını ifadə edir. Azərbaycanda dini azadlıq qorunur və insanların öz dini inanclarından irəli gələn tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılır.
B.Vəliyev ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayıb, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından və yenilərinin tikintisindən danışıb.
O, çıxışının sonunda bu cür iftar süfrələrinin tez bir zamanda işğal altında olan torpaqlarımızda açılması ümidini ifadə edib və bütün qonaqları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Dini icma nümayəndələri, ağsaqqallar şurasının üzvləri və ictimaiyyəti nümayəndələri tədbirlərin keçirilməsindən məmnun olduqlarını bildiriblər.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25

