YAP Nəsimi rayon təşkilatında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
18.01.2018 [10:10]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Anar Quliyev, Azərbaycan Dillər Universitetinin prorektoru Sərraf Hüseynov və 20 Yanvar şəhidi Şövkət Ağayevin həyat yoldaşı Sevinc Ağayeva iştirak ediblər.
YAP Nəsimi rayon təşkilatı və MİDA-nın birgə keçirdiyi tədbirdə millət vəkili Məlahət İbrahimqızı “20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış unudulmaz qəhrəmanlıq səhifəsidir. 20 Yanvar həm də Azərbaycanın istiqlaliyyətə qovuşmasında önəmli rolu olan bir gündür”, - deyə söyləyib. O bildirib ki, 20 Yanvar faciəsi kimi hadisələr tarixdə nadir hallarda baş verir. Təsadüfi xalqlar olur ki, öz azadlıqları uğrunda əliyalın silahlı ordu qarşısına çıxsın. Bu faciə Azərbaycan xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilmədi. Xalqımız bu mübarizliyi ilə nəhəng imperiyanın süqutuna yol açdı.
Bu qanlı hadisəyə ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini deyən Milli Məclisin deputatı Ümummilli liderin təzyiqlərə baxmayaraq, hakim rejimə qarşı etiraz səsini ucaltdığını və kommunizmin işğalçı mahiyyətini ifşa etdiyini vurğulayıb. O, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və bu hadisəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
M.İbrahimqızı Ulu öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəslədiyini bildirib.
MİDA-nın aparat rəhbəri Anar Quliyev çıxış edərək 20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, həmin hadisələrin insanların yaddaşında hər zaman qaldığını söyləyib. O deyib ki, imperiyanın törətdiyi qırğın Azərbaycan xalqının azadlıq səsini boğmaq istəyi idi. Ancaq SSRİ ordusu bu istəyinə çata bilmədi. Faciədən bir il sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdi.
Daha sonra Azərbaycan Dillər Universitetinin prorektoru Sərraf Hüseynov və 20 Yanvar şəhidi Şövkət Ağayevin həyat yoldaşı Sevinc Ağayeva çıxış ediblər.
M.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

