Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şabran rayonunun Zeyvə və Qorğan kəndlərində seçicilərlə görüşlər keçirilib

Şabran rayonunun Zeyvə və Qorğan kəndlərində seçicilərlə görüşlər keçirilib

28.03.2018 [10:29]

Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüşlər rayonun Zeyvə və Qorğan kəndlərində keçirilib.
Görüşlərdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov son 15 ildə Azərbaycanda aparılan inkişaf siyasətindən danışıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və regionların sosial-iqtisadi inkişafını təmin edən siyasət bütünlüklə Azərbaycanın bölgələrinin inkişafında mühüm rol oynayıb”.
M.Balabəyov həmçinin 11 apreldə Şabran seçicilərinin seçiminin Prezident İlham Əliyev olacağına şübhə etmədiyini deyib. Rayon təşkilatının sədri bir daha seçiciləri 11 apreldə YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşlərdə çıxış edən YAP Şabran rayon təşkilatının Şura üzvləri Tofiq Əmrahov, Seymur Qədəşov və başqaları, eləcə də kənd sakinləri şabranlıların hər zaman Prezident İlham Əliyevi dəstəklədiklərini diqqətə çatdırıblar.

Paylaş:
Baxılıb: 659 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30