Naftalanlı seçicilər 11 apreldə cənab İlham Əliyevə səs verəcəklər
29.03.2018 [10:37]
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam edir. Növbəti belə görüş Naftalan şəhərində keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev öncə 11 apreldə keçiriləcək prezident seçkiləri haqqında məlumat verib. Çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət barədə də danışan natiq deyib ki, bu gün Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir layihə icra oluna bilməz.
Hatəm Qocayev həmçinin naftalanlı seçicilərin aprelin 11-də YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirib.
Görüşdə çıxış edən S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov deyib ki, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmiz çox sürətlə inkişaf edib, iqtisadiyyatı yüksəlib, beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, dünyada nüfuzlu bir dövlət kimi qəbul olunur: “Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu əməli işi, misilsiz fəaliyyəti ilə tam təsdiqləyib. Bu baxımdan YAP-ın namizədi olan cənab İlham Əliyev əslində bütün Azərbaycan vətəndaşlarının alternativsiz seçimidir!”
Görüşdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Azər Paşayev və YAP Mərkəzi Seçki Qərargahı rayon şöbəsinin digər üzvləri, həmçinin naftalanlı seçicilər YAP-ın namizədi cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyinə misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, Azərbaycan xalqı, o cümlədən naftalanlı seçicilər 11 apreldə cənab İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxGündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40

